Nida.az
Milli Məclisin üzvləri Madriddə səfərdə olacaq

Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madriddə səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, tədbirdə İspaniyada insan hüquqlarının vəziyyəti, Avropada
QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin qarşısının
alınması, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə
sədrliyi dövründə insan hüquqlarına əməl olunması barədə fikir
mübadiləsi aparılacaq.
Rafael Hüseynov komitənin iclasında iştirak etdikdən sonra noyabrın
3-dən 5-dək Strasburqda keçiriləcək Demokratiya üzrə Dünya Forumuna
qatılacaq.
Forumda dünyada baş verən qlobal dəyişikliklərdə gənclərin yeri və
rolu mövzusu müzakirə olunacaq.

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı