Nida.az
QAT: “Ermənilər 47 il öncəki vəhşiliyi təkrarlayırlar”

“Qarabağ Azadlıq Təşkilatı işğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu “məhkəmə” prosesini növbəti oyunbazlıq hesab edir. İşğalçı Ermənistan bir daha göstərir ki, onun üçün beynəlxalq qanun, norma, etik qayda yoxdur. Bu həyasızlaşmış rejim heç nədən, heç bir beynəlxalq təşkilatdan, beynəlxalq ictimai rəydən çəkinmədiyini nümayiş etdirir”.
Publika.az xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatının
(QAT) yaydığı bəyanatda deyilir.
QAT bəyan edir ki, “məhkəmə”nin ilk günü ermənilərin yalançı,
həqiqətə uyğun olmayan ssenari qurduqlarını göstərdi: “Dediklərinin
heç biri həqiqətə uyğun gəlmir, bir-birini təkzib edir. Dilqəm
Əsgərovla Şahbaz Quliyevi diversant qrupunun üzvü kimi təqdim
etməyə çalışırlar, amma özlərini gülünc vəziyyətə qoyurlar. Bu cür
məntiq, bu cür diversant qrupu ancaq xəstə erməni təxəyyülünün
nəticəsi ola bilər. Bəs bu “diversant qrupu”nun başqa üzvləri hanı?
Bunları hansı diversiya əməli üstündə tutulublar? Heç bir fakt
yoxdur. Hansısa uşağın meşədə öldürülməsini bunların üzərinə atmağa
çalışırlar, heç bir sübutları da yoxdur. Yaxın-uzaq 1967-ci ilin
hadisəsi yada düşür. Onda da Dağlıq Qarabağın Kuropatkino kəndində
Benik adlı erməninin uşağını öldürmüşdülər, heç bir sübut olmadan
bu ölüm hadisəsini Ələmşah Mustafayev və daha 2 azərbaycanlının
üstünə atdılar. Xankəndidə onların üzərində məhkəmə quruldu,
ermənilər məhkəmənin qərarını gözləmədən dustaq maşınını yolda
aşırdılar, hər 3 azərbaycanlını maşında diri-diri yandırdılar.
Sonradan məlum oldu ki, həmin erməni uşağını öz dayısı öldürüb.
Ermənilər indi də həmin yolla gedirlər. Günahsız azərbaycanlıları
cəzalandırmağa çalışırlar”.
QAT azərbaycanlı girovların ermənilərin bu oyunbazlıqları,
təzyiqləri, təhdidləri qarşısında mərdliklə dayanmaları,
sınmamalarını, işğalçıların üzünə həqiqəti demələri ilə fəxr
etdiklərini bildirib: “Biz Azərbaycan hakimiyyətini bu bədnam
“məhkəmə” oyunbazlığının dayandırılması ilə bağlı beynəlxalq
təşkilatlar qarşısında dərhal məsələ qaldırmağa, məsələ müsbət
həllini tapana, girovlar geri qaytarılana qədər Ermənistanla
istənilən rəsmi və qeyri-rəsmi təmasları, danışıqları dayandırmağa
çağırırıq. BMT-nin baş katibi, Təhlükəsizlik Şurası dərhal bu
məsələyə müdaxilə etməli, işğalçı Ermənistanın bu qanunsuz
hərəkətlərinin, əzizlərinin qəbirlərini ziyarət etmək üçün öz
yurdlarına getmiş 2 sadə azərbaycanlıya “məhkəmə” adı altında divan
tutulması cəhdlərinin qarşısını almalıdır. Biz BMT rəhbərliyini,
bütün digər beynəlxalq qurumları Azərbaycan xalqının heysiyyatı ilə
oynamamağa çağırırıq, bizim də səbrimiz tükənməz deyil”.
Asif

-
Magazin211:11
Nazan Öncel yenə xəstəxanalıq oldu - Ürəyinə daha bir stent taxıldı
-
Hadisə11:00
Novxanıda dənizdə iki nəfər batdı
-
Nida Xəbər 10:48
Tədbirin Şuşada keçirilməsinin mühüm səbəbi var - Hikmət Hacıyev
-
Hadisə10:24
"Naftalan" istirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırıldı - RƏSMİ
-
Səhiyyə09:24
Pişikləri öpmək seksual aqressiyanı artırır - ARAŞDIRMA
-
Magazin207:47
Çağatayın yeni tərzi gündəm oldu - FOTO
-
Ekologiya07:17
Bu gün yağış yağacaq, şimşək çaxacaq
-
Rəsmi xronika07:00
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ