Nida.az
Almaniya səfiri prezidentlərin görüşündən danışdı
Almaniyanın Ermənistandakı səfiri Rayner Morel oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü müsbət qiymətləndirib.
Trend xəbər verir ki, Böyük Britaniya səfiri ilə birgə keçirilən mətbuat konfransında diplomat deyib: “Biz Fransa Prezidentinin görüş təşkil etmək təşəbbüsünə çox şad olduq, lakin ifrat dərəcədə nikbin olmaq və bir görüşdən böyük nəticələr gözləmək olmaz. Liderlər arasında dialoqun davam etdirilməsi vacibdir və bu il ərzində onlar artıq üçüncü dəfə görüşüblər”.
Rayner Morel əlavə edib ki, iki ölkə liderləri “məzmunlu danışıqlara cəlb olunmağa çalışmalıdır”.
Səfirin sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və bu formatın danışıqların davam etdirilməsi üçün yeganə əlverişli format olduğunu hesab edir.
Böyük Britaniyanın səfiri Ketrin Liç isə Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməyə başladıqlarını məmnunluqla qeyd edib.
Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var