Nida.az
“Cırtdan partiyalara parçalanacaqlar” - Müsavat və AXCP barəsində proqnoz
“AXCP-də xüsusi bir heyət düzəldilib. Bu heyət Əli Kərimlinin cangüdənlərindən, sürücüsündən və yaxınlarından ibarətdir”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
AXCP-dəki son durumu şərh edərkən deyib.
Onun sözlərinə görə, Əli Kərimli AXCP-ni gəlir mənbəyinə çevirib:
“Bunu partiya üzvləri də yaxşı bilirlər. Əslində son kütləvi
istefalar da bununla bağlıdır. AXCP-də az da olsa dövlətini,
xalqını istəyənlər Əli Kərimlinin oyunlarını görür, onun dövlət
maraqlarını xaricdən aldığı pullara qurban verdiyini bilir və bunun
üçün partiyada qalmaq istəmirlər. Rayon və şəhər təşkilatları da
buna görə istefa verir. Çünki orada partiyanı idarə edə biləcək
nüfuzlu şəxslər yoxdur. Olanlar çıxıb getdi və özlərinə başqa-başqa
partiyalar yaratdılar”.
Hakim partiya rəsmisi Müsavat Partiyasındakı duruma da münasibət
bildirib. Onun sözlərinə görə, Müsavatın gələcək taleyi
qaranlıqdır: “AXCP-dəki analoji hal burda da var. İsa Qəmbər
demokratiya adı altında özünə imic yaratmaq üçün başqanlıqdan
getdi. Lakin o, partiyada üz-üzə dayanan qrupların bir-birinə savaş
açması üçün onun getməsini gözlədiklərini də bilməli idi. İsa
Qəmbər artıq tükənmiş siyasətçidir”.
S. Novruzov hesab edir ki, Müsavat parçalanacaq və iki, yaxud daha
artıq şəkildə Müsavat partiyaları yaranacaq: “Vaxtilə gedənlərdən
Sülhəddin Əkbər özünə yeni partiya yaratdı. İndiki narazılar da
yavaş-yavaş partiyanı tərk edəcək və yeni cırtdan partiyalar peyda
olacaq”.
Asif Nərimanlı
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır