Nida.az
Prezident qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında
uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq
icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən
müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd
etdi.
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bakıda gedən
inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi. O,
gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda
keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq
ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına və xeyli
sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu
toplantıda təmsil olunacağına əminliyini vurğuladı.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının
2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının
beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin
dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən
iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq
baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Asiya
İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə
əminliyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığın
həyata keçirildiyi qeyd olundu.
Azərbaycanda iqtisadi fəaliyyətin daha da optimallaşdırılması,
xidmət sahəsində həyata keçirilən genişmiqyaslı islahatların, o
cümlədən ölkəmizdə yaradılan “ASAN xidmət” tərəfindən görülən
işlərin əhəmiyyəti vurğulandı. Bildirildi ki, Dünya Bankı
Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini
verməkdə maraqlıdır.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi