Nida.az
“Müsavat heç kimin dədəsinin malı deyil” – Arif Hacılıya ittiham
“Arif Hacılı səmimi deyil. O üzdə qucaqlaşmaq təklifi edir, əslində isə öz legitimliyini qəbul etdirmək məqsədi daşıyır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd
Səxavət Əlisoy Arif Hacılının narazıları partiyanın maraqlarına
zərbə vurduğu barədə sözlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, A. Hacılı qardaşının dirijorluğu ilə narazı
müsavatçıları təhqir etdirir: “O, əvvəlcə öz hərəkətlərini və
qardaşının yazdıqlarını götür-qoy etsin, dəstəsinin üzvlərinin
təftişini, şantajını dayandırsın və sonra müdrik çağırışlarını
bəyan etsin. Müsavatda Arif Hacılının dəstəsinin qurultay
oyunbazlığını qəbul etməyən çox sayda insan var. Saxtakarlığa qarşı
mübarizə aparanların saxtakarlığı qəbul etməsi absurddur. Noyabrın
8-də çox məsələlərə aydınlıq gətirəcəyik”.
S. Əlisoy fraksiya yaratmaq ehtimalları haqda da danışıb. Onun
sözlərinə görə, fraksiya fikirləri Arif Hacılının yuxusuna haram
qatıb: “Fraksiya yaranacağı təqdirdə, populist addımlar ata
bilməyəcəyini yaxşı bilir. Müsavat heç kimin dədəsinin malı deyil.
Öz sağlamlığını, ömrünü Müsavatın fəaliyyətinə qurban verən
insanlar var”.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO