Nida.az
Ramiz Mehdiyev: “Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir”
“Bu səviyyəli tədbirlərin mütəmadi olaraq keçirilməsi prezidentlərimiz İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi nəticəsində mümkün olub.
Hər iki ölkənin rəhbərləri dövlətlərimiz arasında tərəfdaşlığın daha da dərinləşməsində, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdırlar”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda keçirilən “Rusiya-Azərbaycan dialoqu -2012” III Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışında deyib.
Ramiz Mehdiyev bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin tamam olduğunu xatırladıb: “Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya etsək, görərik ki, müstəqilliyimiz bərpa olunduqdan sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsaslarını qoydu. Cənab Vladimir Putinin 2000-ci ildə Rusiya prezidenti seçilməsi Azərbaycan-Rusiya münasibətlərinə yeni nəfəs verdi. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa edə, stabil, dinc qonşuluq münasibətləri qura bildilər. Bu münasibətlər prezidentlərimizin səyləri nəticəsində dinamik şəkildə inkişaf etməkdə davam edir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir”.
Ramiz Mehdiyev dövlət başçıları səviyyəsində yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini xatırladıb: “Azərbaycan prezidenti İlham Əliyev qeyd etdiyi kimi, “ikitərəfli münasibətlərimizdə təcili olunması tələb olunan hansısa məsələ yoxdur”. Bu gün Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Son illər ərzində birgə səylərimiz nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfi xeyrinə olan həll yolları tapa bilmişik. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Qeyd etmək istəyirəm ki, Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb. Bu, perspektivdə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasını təmin edə bilər”.
Prezident Administrasiyasının rəhbəri Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb: “Biz Rusiya rəhbərliyinə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində verdiyi aktiv dəstəyə görə dərindən minnətdarıq. 155 ölkənin dəstəyi ilə Azərbaycanın bu posta seçilməsi ölkəmizin beynəlxalq arenada artan rolunu göstərən əsl tarixi hadisədir.
Ramiz Mehdiyev bildirib ki, iqtisadi-ticarət əlaqələrinin əsas parametrləri ikitərəfli münasibətlərin pozitiv inkişaf tendensiyalarını təsdiqləyir: “1996-cı ildən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir. Komissiyanın mütəmadi iclasları keçirilir, burada iqtisadi-ticarət tərəfdaşlığının prinsipial məsələləri müzakirə olunur, bu sahəyə dair konkret təkliflər işlənib hazırlanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olub və olmaqdadır. MDB ölkələri ilə ticarət dövriyyəmizin 50 faizdən çoxu Rusiyanın payına düşür. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çataraq 2 milyard 828 milyon dollar təşkil edib. Başqa sözlə desək, ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 47,4 faiz artıb. Bu, əlbəttə ki, bizi sevindirməyə bilməz. Deməli, qarşıda daha yaxşı perspektivlər var”.
Prezident Administrasiyasının rəhbəri hazırda ölkə ərazisində 457 Rusiya müəssisəsi və təşkilatının fəaliyyət göstərdiyini deyib: “Onlardan 219-u yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərir, 149-u birgə müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya “LUKoyl” neft şirkəti, “Baltika” pivəbişirmə şirkəti, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank BTB” açıq səhmdar cəmiyyəti və digər müəssisələr daxildir”.
PA rəhbəri hazırda Azərbaycanda 120 mindən artıq rusun yaşadığını deyib: “Qeyd etmək istərdim ki, bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporudur. Respublikada digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Rus icması – xalqlarımız arasında real birləşdirici həlqədir”.
Ramiz Mehdiyev Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə cəmiyyətin bütün sahələrində rus dilinin öz mövqelərini qoruyub saxladığını vurğulayıb: “Bu gün 20-dən artıq orta ümumtəhsil məktəbində rus dilində tam orta təhsil almaq imkanı var, 327 məktəbdə isə dərslər həm Azərbaycan, həm rus dillərində keçirilir. Ölkənin bütün dövlət ali məktəblərində və özəl ali məktəblərinin bir qismində rus dilində fakültələr fəaliyyət göstərir, burada 16 mindən artıq tələbə rus dilində ali təhsil alırlar. Bakıda rus dilində kadrların hazırlanması üzrə ən böyük mərkəzlərdən biri olan Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Dörd il əvvəl paytaxtımızda bütün dünyada məşhur olan Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb, iki il əvvəl isə Səməd Vurğun adına Rus Dövlət Dram Teatrı öz 90 illik yubileyini qeyd edib”.
Prezident Administrasiyasının rəsmisi ötən ay Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyini xatırladıb: “Biz çox şadıq ki, Udmurtiyadan olan “Buranovskiye babuşki” folklor qrupu tamaşaçıların rəğbətini qazanaraq fəxri ikinci yeri tutdu, bu münasibətlə sizi ürəkdən təbrik edirik. Təsadüfi deyil ki, bu populyar müsabiqədə Rusiya və Azərbaycan ən yüksək balları bir-birinə verib və bununla qarşılıqlı sevgi və dəstəyi nümayiş etdiriblər”.
Ramiz Mehdiyev Rusiyanın 70-dən artıq regionunun Azərbaycanla əməkdaşlıq etdiyini deyib. Ölkəmizlə daha aktiv əməkdaşlıq edən regionları sadayalan PA rəhbəri bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin 81,8 faizi bu regionların payına düşür. Ramiz Mehdiyev xüsusi olaraq Dağıstan Respublikası və Həştərxan vilayətinin adını çəkib: “Dağıstan Rusiya subyektləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanla Şimali Qafqaz federal dairəsi arasında ticarət dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın payına düşür. Dağıstanın Dərbənd rayonu ilə Azərbaycanın Xaçmaz rayonu, Məhərrəmkənd və Qusar rayonları arasında qardaşlıq əlaqələri qurulub”.
Publika.Az
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal12 Oktyabr 22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya12 Oktyabr 22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO