Nida.az
Rusiyalı kəşfiyyatçı: “ABŞ Xəzərdə sabitliyi poza bilər”
“Amerika İŞİD-in əli ilə Xəzər regionunda sabitliyi poza bilər”.
Publika.az xəbər verir ki, bu iddia ilə Rusiyanın
“Alfa” qrupunun keçmiş xüsusi təyinatlısı Aleksey Filatov çıxış
edib.
Onun sözlərinə görə, ABŞ Xəzərə girmək üçün yeni imkanlar axtarır: “Xəzəryanı ölkələrin ümumi qərarına görə, bölgəyə əlavə qüvvələr gətirilməyəcək. Buna qədər Vaşinqton Azərbaycan, yaxud Türkmənistan vasitəsilə Xəzərdə öz təsirini artıracağını düşünürdü. Bunun üçün hərəkətə də keçmişdi. Lakin indi kartlar dəyişib. Hesab edirəm ki, Qərb müxtəlif variantlara əl atacaq. Bu gün ən aktual variant kimi İŞİD-dən istifadə görünür”.
A. Filatova görə, İŞİD-in bir neçə təyinatı var: “İŞİD tam ölçüdə
Taliban və Əl-Qaidənin varisi hesab edilə bilər. Doğrudan da, bu
təşkilat 2006-cı ildə Əl-Qaidənin İraqda bölməsi olaraq yaradıldı.
Bu, ABŞ-ın Avrasiyada “Böyük Yaxın Şərq” planının bir bəndidir. Bu
plan Liviyada uğurla başa çatsa da, Misir, İraq və Suriyada boğaza
dirənən sümük oldu. Bu, birinci təyinat idi”.
Keçmiş xüsusi təyinatlı İŞİD-in ikinci təyinatının yeni gərginlik
mərkəzləri olacaq münaqişə ocağı yaratmaq olduğunu qeyd edib. Onun
fikrincə, bu məqsədlə vaxtilə Əl-Qaidədən istifadə olunurdu.
“Belə münaqişə ocaqlarından biri də Qafqaz, həmçinin Xəzər
regionudur. Qafqazın şimalında İŞİD tərkibində döyüşən xeyli sayda
çeçen və digər xalqların nümayəndəsi var. Regionun cənubundakı
Azərbaycanla da vəziyyət eynidir. İŞİD tərkibində camaatlar olaraq
təmsil olunan bu insanlar toplusu region üçün yeni ekstremist
terror qruplaşmaları potensialına malikdir. Qərb zamanı gələndə bu
ekstremistlərdən gəldikləri Rusiya, Azərbaycan və digər ölkələrdə
hökumətlərə qarşı sərfəli şəkildə istifadə edə bilər. Qafqazda
münaqişə birbaşa Xəzər regionuna da sıçrayır”, - deyə müəllif
vurğulayıb.
Filatov İŞİD, Taliban kimi ekstremist qrupların daha bir təyinatı kimi ABŞ-ın dünyada hərbi ekspansiyasının başa çatdırılması olduğunu deyib: “ABŞ büdcəyə ziyan olan hərbi əməliyyatlardan imtina edir və belə qruplaşmalar tərəfindən öz hərbi maraqlarını yerinə yetirir. Böyük Britaniya və ABŞ vətəndaşlarının İŞİD-çilər tərəfindən edam edilməsi də təsadüfi deyil. Bu, İraq və Suriyaya müdaxiləyə ictimai rəy hazırlamaq planının tərkib hissəsidir. Aydındır ki, ssenaristlər tərəfindən silahlandırılan, maliyyələşdirilən belə qruplar zamanla müstəqilliyə can atırlar. Beləliklə, bu da bir çox ölkələrdə vətəndaş müharibəsinə səbəb olur. Lakin bu, okeanın o tayındakı sahibləri az narahat edir, çünki bu müharibələr başqa ölkələrin ərazisində baş verir. Nəticədə, yenə də ABŞ-ın köməyinə ehtiyac yaranacaq”.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO