Nida.az
“Bu, iranlıları narahat etməyə bilməz” – Ruhaninin səfərinə Bakıdan baxış
Sabah İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək. Bu, Ruhaninin prezident kimi Azərbaycana ilk rəsmi səfəridir. Bakıda İran prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində hökumətlər arasında 10-a yaxın sənədin imzalanması gözlənilir.
“Ruhaninin səfəri dünya siyasəti baxımından önəmlidir”
“İran böyük ölkədir və Azərbaycanla minilliklər boyu qırılmaz
zəncirlərlə bağlıdır. Bu ölkədə milyonlarla azərbaycanlı yaşayır.
Ölkənin dini lideri də etnik azərbaycanlıdır. Bununla yanaşı,
Azərbaycanın rəqibi zəif Ermənistandırsa, İranın rəqibi bütün
Qərbdir. Bu baxımdan, Ruhaninin səfəri dünya siyasəti baxımından
önəmlidir”.
Bunu Publika.az-a açıqlamasında şərqşünas
politoloq Zərdüşt Əlizadə İran İslam Respublikasının prezidenti
Həşən Ruhaninin sabah reallaşacaq Bakı səfərini şərh edərkən
deyib.
“Bu, iranlıları narahat etməyə bilməz”
Onun sözlərinə görə, Azərbaycanla İran əməkdaşlıq etməyə,
münasibətləri yüksək səviyyədə saxlamağa məcburdurlar.
“Bu gün iki ölkə arasındakı münasibətləri yüksək səviyyəli adlandırmaq olmaz. Hər halda, bu haqda danışmaq tezdir. Çünki İran hələ də müəyyən sahələrdə Qərblə toqquşur. Azərbaycan isə öz qərbyönümlü siyasətini davam etdirir. Eyni zamanda, Bakı İranla düşmən olan İsraillə də əməkdaşlığını yüksək səviyyədə qurur. Bu iranlıları narahat etməyə bilməz. Lakin 5 il öncəyə nisbətən bu gün Bakı ilə Tehran arasındakı münasibətlər yaxşıdır. Bu bir çox səbəblərdən irəli gəlir. Eyni zamanda, Ruhani sələfi Əhmədinejatdan daha praqmatik siyasətçidir”, - deyə politoloq bildirib.
“Bakı Dağlıq Qarabağ münaqişəsində İranın dəstəyinə nail
olmaq istəyir”
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov isə Rusiya
mediasına açıqlamasında Bakının Dağlıq Qarabağ münaqişəsində İranın
dəstəyinə nail olmaq istəyində olduğunu bildirib: “Ermənistan bu
gün kifayət qədər İrandan asılılığa malikdir. Əgər İran münaqişə
ilə bağlı təkcə bəyanatlar səsləndirməsə, problemin beynəlxalq
hüquq normaları çərçivəsində ədalətlə nizama salınmasına əməli
olaraq qoşularsa, o zaman, Ermənistan rəhbərliyi bir addım geriyə
çəkilə bilər. Lakin Tehran sadəcə bəyanat verməsi və Ermənistanla
iqtisadi əməkdaşlığı davam etdirməsi İrəvana güc verir”.
Asif Nərimanlı
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO