Nida.az
Pənah Hüseyn “Arif Hacılı projesinə” aydınlıq gətirdi
Başqanlığa keçmiş namizəd, Qubad İbadoğlunun əsas tərəfdarlarından olan Səxavət Əlisoyun "başqan Arif Hacılının Müsavatdakı mövqeyinə görə Pənah Hüseynə minnətdar olmalıdır" açıqlaması diqqət çəkdi.
Arif Hacılının başqan seçilməyəcəyi təqdirdə atacağı addımlarla
bağlı açıqlamasına cavab verən S. Əlisoy “Nağıl danışma, Arif
Hacılı. Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü
partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib getdin
Zaqatalaya. Sən küsüb gedən günün axşamı partiyada sənin üçün
nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri
vəzifəsi təsis olundu. İstəsən, o vəzifənin ideya müəllifinin adını
də çəkə bilərəm - Pənah Hüseyn! Amneziyan varsa, həkimə get.
Yoxdursa, düz danış” cavabını verdi.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn
Publika.az-a açıqlamasında S.Əlisoyun iddialarına
aydınlıq gətirib. Onun sözlərinə görə, Müsavat
Partiyasında gedən prosesləri daxili işləri sayır və bu səbəbdən
qarışmaq istəmir: “Səxavət Əlisoyun dediklərinə gəlincə, onun
səsləndirdiyi fikirləri təsdiqləmirəm. Bu, Müsavat Partiyasının
başqanı və onun rəhbərliyinə aid olan məsələdir”.
Asif
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?