Nida.az
“Putinin azərbaycanlılarla bağlı planı həyata keçməyəcək”
“Azərbaycanlıların kompakt yaşadığı yerlərdə separat ocaqlarının yaradılması ilə bağlı Rusiyanın əldəqayırma planları hər zaman olub və bu gün də var”.
Bu sözləri Axar.az-a açıqlamasında Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov söyləyib. O, Gürcüstanda bundan öncə də azərbaycanlıları Tiflisə qarşı qaldırmaq cəhdlərinin olduğunu bildirib:
“Bundan öncə Gürcüstan prezidentləri Qamsaxurdiya və Şevarnadzenin hakimiyyət dönəmlərində bu tip planlar hiss olunurdu, eləcə də bəzi qrupların fəaliyyətində özünü göstərirdi. Məncə, bunların hamısı daha çox möhkəmliyin yoxlanılması ilə əlaqədardır. İctimai liderlərin bu ideyaların reallaşdırılması ilə bağlı bəlağətli bəyanatlarına baxmayaraq, risklər indiki zamanımızdan fərqli olaraq çox böyük idi. Son 10-12 il ərzində situasiya dəyişib. Dövlət institutları güclənib, azərbaycanlıların vətəndaş məsuliyyəti hissi nəzərə çarpacaq dərəcədə artıb ki, bu da Putinin şanslarını minimuma endirir. Mən əvvəl də demişəm, indi də təkrar edirəm ki, azərbaycanlıların kompakt yaşadığı regionlarda separat zonaların yaradılması istənilən halda mümkünsüzdür. Gürcüstan və Azərbaycan arasında qarşılıqlı strateji maraqlar faktorunu nəzərə alaraq, rəsmi Tiflisdən başqa heç kim ölkədə situasiyanı destabilləşdirə bilməz”.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf