Nida.az
Pakistan prezidenti: Dağlıq Qarabağ məsələsində Azərbaycanı davamlı dəstəkləyirik
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan prezidenti Məmnun Hüseynlə görüşüb.
Trend-in “Radio Pakistan”ın saytına istinadən verdiyi məlumata görə, görüşdə M.Hüseyn Dağlıq Qarabağ məsələsində ölkəsinin Azərbaycana davamlı dəstəyini vurğulayıb.
O, Pakistan və Azərbaycan arasında ikitərəfli müdafiə, ticarət və iqtisadi əlaqələrin bundan sonra da inkişafının vacibliyinə toxunub.
Prezident qeyd edib ki, Pakistan Azərbaycanla əlaqələrinə çox böyük önəm verir. O, həmçinin Azərbaycanın Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyi də yüksək qiymətləndirib.
M.Hüseyn bildirib ki, Pakistan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin Pakistan Silahlı Qüvvələrinin Təlim institutlarında təlim keçməsinə şad olardı. O, həmçinin qeyd edib ki, Pakistan Azərbaycan zabitləri üçün ingilis dili kursları da təklif edib.
Prezident Pakistanın TRACECA-ya (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) üzvlüyü məsələsində Azərbaycandan dəstək istədiyini deyib.
Azərbaycanın müdafiə naziri Z.Həsənov iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO