Nida.az
MNTK sədri: “Qubad bəy dediyinin arxasında nə dayandığını açıqlasın”
Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Qubad İbadoğlu ümumrespulika müşavirəsində partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasını (MNTK) sərt tənqid edib.
O, MNTK sədri Sevinc Hüseynovanı narazılara qarşı qərəzli yanaşmaqda ittiham edib: “MNTK tərəf ola bilməz. Sevinc Hüseynova tərəfə çevrilib. Hesab edirəm ki, Müsavat Partiyası demokratik üsulla idarə olunmalıdır”.
Q. İbadoğlu MNTK sədri ilə bağlı məsələyə yenidən baxılmasını,
partiyadan çıxarılanların Müsavata qaytarılmasını və partiya
nizamnaməsi nəzərə alınaraq, növbədənkənar qurultayın çağırılmasını
təklif edib.
Xaricdə olduğu üçün sözügedən müşavirədə iştirak etmədiyini deyən
Sevinc Hüseynova Publika.az-a açıqlamasında Q. İbadoğluna sərt
cavab verib: “O, mənim sədrliyimə baxılmasını təklif edə bilməz.
Çünki MNTK-nın sədri məsələsinə qurumun üzvləri baxır, Qubad bəy
yox. Təklifi özü üçün verib. 8 nəfər üzvdən 7-si mənim lehimə səs
verib. Bundan başqa Qubad bəy əvvəlcə nəyə görə qərəzli
davrandığımı izah eləsin. O, qurultaydan sonra arayış vermişdi.
Həmin arayışa bənd-bənd rəy yazılıb verilib. Həmin rəyə cavabda
Qubad İbadoğlu bizim yazdığımızı yenidən təkrarlamışdı.
Qərəz o vaxt olar ki, biz Qubad bəyə nizamnaməyə uyğun olmayan cəzalar verərdik. Qubad İbadoğluna qarşı heç bir haqsızlıq yoxdur. MNTK əslində şikayət ərizəsinə baxır. Biz ona hörmət edib arayışına baxmışıq. Protokollara əsasən arayışa cavab yazıb vermişik. Arayışda heç bir nizamnamə pozuntusu aşkarlanmayıbsa, onun yazdığı iradların heç birinin əsası olmayıbsa, yazdığımız obyektiv rəy ortalığa çıxıbsa, bunun nəyi qərəz olur? Nizamnamənin əksinə olaraq qeyri-qanuni şəkildə Qubad bəyin yazdıqlarını təsdiq etsəydik, onda tərəfsiz olacaqdıq? Biz elə tərəfsizliyimizi qoruyub o cür rəy yazıb vermişik”.
MNTK sədri Qubad İbadoğlunu qərəz sözünün arxasında nə durduğunu
dayandığını göstərməyə çağırıb.
Asif Nərimanlı
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM