Nida.az
XİN: Ukrayna telekanalı Azərbaycan qanunlarını pozub
"Ukraynanın "1+1" telekanalının əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycanın razılığı olmadan səfər etmiş və müraciətlərində işğal olunmuş Azərbaycan ərazilərinə səfər edəcəkləri barəsində heç bir məlumat verilməmişdir".
Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ukraynanın "1+1" televiziya kanalının jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar şərh verərkən bildirib.
H.Hacıyev qeyd edib ki, "1+1" kanalı tərəfindən müvafiq akkreditasiyadan keçmək üçün Xarici İşlər Nazirliyinə müraciət edilib: "Azərbaycan Respublikasının "Kütləvi informasiya vasitələri haqqında" qanunundan çıxış edərək, Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş qaydalar çərçivəsində bu kanalın müraciətinə baxılmışdır".
XİN rəsmisinin sözlərinə görə, təəssüflər olsun ki, bu kanalın nümayəndələri tərəfindən akkreditasiya qaydalarına riayət edilmədən və Xarici İşlər Nazirliyində müvafiq akkreditasiya kartı almadan Azərbaycan ərazisində jurnalist fəaliyyəti ilə məşğul olublar və bu da özlüyündə qanun pozuntusudur.
H.Hacıyev qeyd edib ki, veriliş əsnasında isə həqarətli ifadələrə yer verilib: "İndi isə müxtəlif bəhanələrlə öz əməllərinə bəraət qazandırmağa çalışırlar".
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu