Nida.az
Qənirə Paşayeva Gürcüstanın Diaspora Məsələləri üzrə Dövlət naziri ilə görüşdü
Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze ilə görüşüb.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan rəhbərliyinin Gürcüstanla, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir Gürcüstan dost və strateji müttəfiqimiz olmaqla bərabər həm də çoxlu sayda soydaşımızın vətənidir deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze ilə görüşdə bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Gürcüstan diasporları, diaspor təşkilatları arasında əməkdaşlığın, qarşılıqlı dəstəyin artması çox vacibdir. Özəlliklə Azərbaycan və Gürcüstanın oxşar problemi olan ərazi bütövlüyümüzlə bağlı məsələlərdə bunun vacibliyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayev diaspor sahəsində də əməkdaşlığın genişlənməsinin Azərbaycanın və Gürcüstanın maraqlarının müdafiəsi istiqamətində vacib və önəmli olduğunu bildirib.
Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyən Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadze diaspor məsələləri üzrə nazrliyə rəhbərliyi dövründə bu məsələyə böyük önəm verəcəyini deyib və xarici ölkələrdə Azərbaycan və Gürcüstan diasporları, diaspor təşkilatları arasında əlaqələrin, əməkdaşlığın güclənməsinin böyük önəmini vurğulayaraq bu istiqamətdə işlərin, səylərin daha da artacağını deyib.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA