Nida.az
Qubad İbadoğlu təkzib etdi: “Partiya yaratmaq fikrim yoxdur”
“Mənim hansısa təşkilat, yaxud ayrıca partiya yaratmaq fikrim yoxdur”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd Qubad İbadoğlu narazıların “Demokratik
Müsavat Partiyası” haqda deyilənlərə münasibət bildirərkən
söyləyib.
Qeyd edək ki, Almaniyada yaşayan İsa Qəmbərin qardaşı Rövşən Qəmbər
müsahibəsində “Demokratik Müsavat Partiyası” yaratmaq niyyətində
olduqlarını açıqlayıb.
“Aprel ayında Qubad İbadoğlunun tərəfdarları ilə yeni partiya
yaradacağıq”, - deyə o bildirib.
Q. İbadoğlu isə bu haqda məlumatları mediadan oxuduğunu deyib.
Lakin belə bir niyyətinin olmadığını bildirib: “Mən hazırda
Müsavatda fəaliyyətimi davam etdirərəm. Bundan sonra da davam
etdirmək niyyətindəyəm. Hansısa siyasi təşkilat, yaxud Müsavatın
bölünməsinə səbəb olacaq partiya yaratmaq kimi məqsədlərim
yoxdur”.
Başqanlığa keçmiş namizəd Müsavat partiyasına tövsiyələr paketi
hazırladığını bəyan edib.
“Müsavatın güclənməsi, hazırda davam edən daxili gərginliyin aradan
qaldırılması üçün barışığa çalışıram. Eləcə də partiyanın işinin
yenidən qurulması və problemlərin həlli istiqamətində tövsiyələr
paketi hazırlamışam. Bu tövsiyələr müzakirə edilərsə, mən də orda
iştirak edərək Müsavatın güclənməsinə çalışacam”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO