Nida.az
Elmar Məmmədyarovdan ittiham: “Qərəzlisiniz”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci
nazirlər şurasının iclasında iştirakı çərçivəsində bu gün ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael
Link ilə görüşüb.
Publika.az-ın XİN-in mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan ilə
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında
əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Məmmədyarov təsisat tərəfindən aparılan seçki
monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə
bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və
təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin
təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini
qeyd edib.
M.Link ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu bildirib və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını deyib.
O həmçinin regiona səfər etmək niyyətində olduğunu qeyd edib.
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR