Macarıstan “Cənub axını”nın alternativini Azərbaycanda axtarır
Bizi izləyin

Nida.az

Macarıstan “Cənub axını”nın alternativini Azərbaycanda axtarır

Macarıstan Ukraynadan yan keçəcək qaz nəqlinin alternativ imkanlarını araşdırır.

Publika.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

Orban bildirib ki, Rusiyanın “Cənub axını”ndan imtina etməsindən sonra Budapeşt təhlükəsiz qaz təchizatı məsələsinə baxmaq məcburiyyətində qalıb. Baş nazir nəzərdən keçirdikləri variantlar arasında Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb: “Macarıstanın Azərbaycanla çox gözəl münasibətləri var və biz Rusiyanın “Cənub axını”ndan imtinasından sonra bu variantı nəzərdən keçiririk”.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto da Azərbaycandan qaz alınması məsələsinin gündəmdə olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm