Nida.az
“Bakı öz tarixi qonşusunu satmadı” – Vaşinqtonun təzyiqinin arxasında nə dayanır
Vaşinqtonun Bakıya qarşı təzyiqi Rusiyaya qarşı sanksiyalara qoşulmaması ilə bağlıdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
“Nezavisimaya qazeta” nəşri son vaxtlar Qərb siyasətçilərinin,
xüsusilə ABŞ rəsmilərinin Azərbaycana qarşı “insan haqları”
bəyanatı səsləndirməsini şərh edərkən yazıb.
Nəşr ABŞ Dövlət katibinin sözçüsü Cen Psakinin Azərbaycanla bağlı
açıqlamasını xatırladaraq rəsmi Bakının müxtəlif səviyyələrdə buna
cavab verdiyini bildirib: “Bakı Vaşinqtona öz siqnalını göndərdi.
Bu siqnal Bakının müstəqil siyasətdən əl çəkməyəcəyi ilə bağlıdır.
Maraqlı məqam Vaşinqtonun təzyiqlərinin nə vaxtdan başlaması ilə
bağlıdır. Ukraynadan sonra Rusiyaya qarşı Qərb sanksiyaları işə
düşdü. Bir çox ölkələr Rusiyaya qarşı sanksiyalara qoşuldu, hər kəs
hansısa formada Qərbə özünü yaxşı tərəfdən göstərməyə çalışdı.
Lakin Azərbaycan öz tarixi qonşusunu satmadı. Məhz bu, Vaşinqtonun
xoşuna gəlmir və insan haqları, demokratiya adı altında əsl məqsədi
gizlədərək təzyiq elementlərini işə salır”.
“Nezavisimaya qazeta” Bakının Vaşinqtona öz siqnalını verdiyini
hesab edir.
“Qərəzli mövqeyə sərt reaksiya Bakının siqnalı idi. Bununla
Azərbaycan hökuməti “heç kim və heç nə müstəqil siyasətimizi
dəyişdirə bilməz” demək istəyirdi. Göründüyü kimi, rəsmi Bakı
xarici siyasətində milli maraqlarını heç nəyə qurban vermək
niyyətində deyil”, - deyə nəşr vurğulayıb.
Asif Nərimanlı
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ