Azərbaycanda yeni islamyönümlü partiya yaradılır - EKSKLÜZİV
Bizi izləyin

Nida.az

Azərbaycanda yeni islamyönümlü partiya yaradılır - EKSKLÜZİV

Azərbaycanda yeni siyasi partiya yaradılacaq. Bu barədə Publika.Az-a Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin sabiq rəhbəri Cavid Cabbarlı məlumat verib.

Onun sözlərinə görə, yeni bir siyasi təşkilatın mövcudluğuna artıq zərurət yaranıb:

"Azərbaycan Respublikası demokratik, sivil inkişaf yolu seçib. Ölkə qanunları imkan verir ki, hər bir kəs öz hüquqlarından istifadə edərək qanunla yol verilən formada ictimai-siyasi fəaliyyətlə məşğul olsun. Biz də bu amilləri nəzərə alaraq, bir qrup həmkarımla yeni partiya təsis etməyi qərara aldıq".

Cavid Cabbarlı bu ilin may ayında AİP-də tutduğu vəzifədən istefa verib. Bu baxımdan onun təsis etdiyi siyasi partiyanın islamyönümlü ola biləcəyi istisna deyil.

Bu məsələyə birmənalı cavab verməyən Cavid Cabbarlı qeyd edib ki, Azərbaycanda inanclı insanları bir araya gətirəcək siyasi təşkilatı ortada görmür:

"Təəssüf doğuran haldır ki, Azərbaycanda bəzi xarici faktorların təsiri ilə partiyalar, təşkilatlar yaranır. Bu təşkilatlar xaricdən maliyyələşdirildiyi üçün əksər hallarda anti-Azərbaycan maraqlarından çıxış edirlər. Lakin bunu unudurlar ki, Azərbaycan müstəqil dövlətdir, bu dövlətin öz maraqları, öz ictimai-siyasi dəsti-xətti var.

Dövlətin istənilən sahədə olduğu kimi, din sahəsində də öz siyasəti var və bu siyasət dünyada baş verən prosesləri, ölkədəki mövcud reallığı və Azərbaycan xalqının özünəməxsus dəyərlərini nəzərə alaraq yürüdülür. Azərbaycanda fəaliyyət göstərən hər bir qurum üçün Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin maraqları prioritet olmalıdır".

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm