Nida.az
Prezident Dünya Bankının regional direktorlarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamı və bu vəzifəyə yeni təyin olunmuş Henri Keralini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alama təşəkkürünü bildirdi.
Müstəqilliyimizin ilk illərində Dünya Bankının dəstəyi ilə mühüm işlərin həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı yaxşı perspektivlərin və çoxlu planların olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, səhiyyə, bərpa olunan enerji sahələrində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
Əsəd Alam Azərbaycanda fəaliyyət göstərməsindən qürur hissi keçirdiyini vurğuladı. O, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tövsiyələrin önəmini qeyd etdi.
Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Henri Kerali təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
Publika.Az
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO