Nida.az
Meriya Müsavata “hə” dedi - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
BŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur
Ramazanov Publika.az-a açıqlamasında Müsavatın mitinqlə bağlı
müraciətinin araşdırıldığını və razılıq verildiyini bildirib.
“Mitinqin Yasamal rayonu, “Məhsul” stadionunda saat 15:00-dan
17:00-a qədər keçirilməsi məqsədəuyğun hesab edilib”, - deyə meriya
rəsmisi qeyd edib.
Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a
açıqlamasında meriyanın rəsmi cavabından xəbərlərinin olduğunu
bildirib: “Hazırda mitinq komitəsinin səlahiyyətli nümayəndəsi
rəsmi cavabı götürmək üçün meriyaya gedib”.
Mitinqin təşkilatçılarından olan Müsavatın təşkilat departamentinin
rəhbəri Razim Əmiraslanlı BŞİH-dən rəsmi cavabı götürdüyünü
bildirib.
Qeyd edək ki, Müsavat partiyası 10 dekabr - Beynəlxalq İnsan
Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...