Dilçilik üzrə İşçi Qrupu ilk iclasa toplaşıb
Bizi izləyin

Nida.az

Dilçilik üzrə İşçi Qrupu ilk iclasa toplaşıb

İyunun 6-da "Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşçi Qrupunun ilk iclası keçirilib.

Publika.Az-ın məlumatına görə, iclasa AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdullayev sədrlik edib.

İşçi Qrupuna AMEA-nın, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Xarici Dillər Universitetinin mütəxəssisləri, AMEA-nın Naxçıvan filialı və Gəncə Regional Elmi Mərkəzinin üzvləri, əlaqədar qurumların – Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri daxildir.

Azərbaycan dili və dilçilik elmi haqqında olan sərəncamı böyük ruh yüksəkliyi ilə qarşılayan iclas iştirakçıları Dövlət Proqramını hazırlamaq üçün hazır olduqlarını bildiriblər.

Dövlət Proqramının hazırlanması prosesinə Ədliyyə Nazirliyi, Bakı Şəhər İcraiyyə Hakimiyyəti, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurasının İdarə Heyəti və Yazıçılar Birliyinin nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulur.

İclasda Qrupunun üzvlərindən Dövlət Proqramının hazırlanmasına dair təkliflərini Humanitar və İctimai Elmlər Bölməsinə təqdim eləmək xahiş olunub.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm