Nida.az
Prezident Polşa nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın məlumatına görə, Azərbaycan ilə Polşa arasında siyasi
münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham
Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını da məmnunluqla
qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, sərmayə
qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün
də böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev
ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq
baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan
Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına
əminliyini bildirdi.
Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin
təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar
münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Polşa
Respublikasının Prezidenti Bronislav Komorovskinin və Polşanın Baş
naziri xanım Eva Kopaçın salamlarını dövlətimizin başçısına
çatdırdı. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə
toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından
ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı və
ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu məmnunluqla qeyd etdi.
Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən
uğurların da ölkəsində maraqla izlənildiyini dedi.
Dövlətimizin başçısı Prezident Bronislav Komorovskinin və Baş nazir
xanım Eva Kopaçın salamlarına görə minnətdarlığını bildirdi, onun
da salamlarını Polşanın dövlət başçısına və Baş nazirinə çatdırmağı
xahiş etdi.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri