Nida.az
İllər sonra iqtidar-müxalifət dialoqu: Nəticələr necə oldu?
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsilçiliyi ilə iqtidar-müxalifət dialoqu keçirilib. 17 müxalif partiyasının iştirakı ilə keçirilən görüş dekabrın 14-də baş tutub.
PA rəsmisi Əli Həsənov bildirib ki, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: “Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq”.
“Nəticələri Prezident İlham Əliyevə
çatdıracağıq”
PA rəsmisi görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm
də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə
olunduğunu, açıq fikir mübadiləsi aparıldığını qeyd edib. Görüşdə
həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla
təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində
iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti
müzakirə olunub.
“Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu.
Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin
olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik,
ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət
strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab
İlham Əliyevə nəticələri çatdıracağıq”, - deyə PA rəsmisi
vurğulayıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edib.
Publika.az görüşdə iştirak edən bir neçə siyasi partiya rəhbərinin
təəssüratlarını öyrənib.
“Partiyalarla dövlət arasında hər zaman dialoq
olmalıdır”
DİP sədri Asim Mollazadə iqtidar-müxalifət
görüşlərinin keçirilməsinin zərurət olduğunu düşünür: “Ölkənin
mühüm institutu olan siyasi partiyalarla dövlət arasında hər zaman
dialoq olmalıdır. Xalqı narahat edən bütün məsələlər ətrafında
müzakirələr aparılmalıdır. Bizim görüşümüzdə də işçi qaydada baş
tutdu”.
“Bu cür görüşlərin davam etdirməyin lazım olduğuna qərar
verdik”
VHP-nin sədri Sabir Rüstəmxanlı da bu cür
görüşləri zəruri sayır: “Vaxtilə QHT-lərə dövlət yardımından
danışırdıq. Sonra təklif reallaşdı və cəmiyyət də onun xeyrini
gördü. Mətbuata, o cümlədən müxalifət mediasına yardımın, siyasi
partiyalara maliyyə dəstəyinin əhəmiyyətindən danışmışıq və zaman
keçdikdən sonra bu məsələlərin həyata keçdiyinin şahidi olmuşuq.
Bununla cəmiyyət həyatında da müəyyən irəliləyiş yaranır. İndi də
siyasi partiyalarla görüşlər, dialoqlar gündəmdədir. Ötən gün baş
tutan görüşdə həm hakimiyyəti, həm də siyasi partiyaları düşündürən
bir sıra problemlər barədə söhbət getdi. Bu cür görüşlərin davam
etdirməyin lazım olduğuna qərar verdik”.
“Əli Həsənov qeyri-şərtsiz görüş təşkil etdi”
AMİP sədri Yusif Bağırzadə görüşü Azərbaycanın
ictimai-siyasi həyatında çox pozitiv addım kimi qiymətləndirib:
“Uzun illərdir belə görüşü arzu edirdik. Siyasi müxalifət
düşərgəsində bu görüşü birmənalı qarşılamayanlar unutmasınlar ki,
bu danışıq qeyri-şərtsiz danışıq idi. Şərtli danışıq heç kəsə lazım
deyil. Bu dialoqun təşəbbüskarı bir qrup siyasi müxalifət partiya
sədrləri olsa da, hakim partiyanın ideoloqu Əli Həsənov
qeyri-şərtsiz görüş təşkil etdi”.
“Mən varam - bu dünya var, mən yoxam - dünya yoxdur”
yanaşması subyektivizmin nəticəsidir”
ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə,
iqtidar-müxalifət görüşünün baş tutması vacib və əhəmiyyətlidir:
“Görüşü 4 partiya sədri təklif etsə də, format daha da
genişləndirildi. Çünki tədbir daha çox partiya sədrinin iştirakı
ilə bir çox məsələlərin müzakirəsinə həsr olundu. Dialoq təklifinə
PA-nın şöbə müdiri Əli Həsənov səviyyəsində reaksiya verilməsini
yüksək qiymətləndirirəm. Hesab edirəm ki, proses davam
etdirilməlidir. Cəmiyyətdə hər şey danışıq və diskussiya ilə həll
olunur. Ən azı adam bilmədiyi şeyi öyrənir, başqasına öz bildiyini
çatdırır. Tərəflər bu siyasi dialoqdan bir-birini alçaltmaq və
yalnız öz maraqlarını təmin etmək üçün istifadə edirsə, bu dialoqun
nə cəmiyyətə, nə də dialoq iştirakçılarına xeyri olacaq. İllərdir
siyasi dialoqun lazım olduğunu deyirəm. Bu dialoqda Müsavat, AXCP
kimi partiyalar da iştirak etməlidir. Amma AXCP-nin “mən varam bu
dünya var, mən yoxam dünya yoxdur” yanaşması subyektivizmin
nəticəsidir. Fəlsəfədə də belə cərəyan var. Cəbhəçilər də geridə
qalmış bu fəlsəfədən yapışıb gedir. Dialoqdan bir nəfər kənarda
qalıbsa, deməli, bu cəmiyyətə lazım deyil kimi mövqe yanlış bir
şeydir. O adamlar iddia edir ki, onların iştirakı olmadan belə
dialoq baş tuta bilməz. Əksinə, hesab edirəm ki, onların iştirakı
çox vaxt bu işləri korlayır. Çünki onlar demokratiyanın nə olduğunu
o qədər də dərk edə bilmirlər. Demokratiyanın ən vacib
prinsiplərindən biri konsensusdur, razılaşmadır, bunlar razılaşmanı
satqınlıq kimi qiymətləndirirlər. Bu, razılaşan adama yox,
demokratiyaya verdikləri qiymətdir. Amma gecə-gündüz deyirlər ki,
demokratıq. Sən demokratik prinsipə satqınçılıq deyirsənsə, necə
demokrat ola bilərsən? Ola bilər opponentə ləkə yaxmaq istəyirsən,
bütünlükdə xalqın demokratiya haqqında təsəvvürlərini korlayırsan
axı. İnsanlar görüşəndə satqın olur?”
“Müsavat formatı bilsəydi, iştirak edərdi”
S. Cəlaloğlu Müsavat Partiyasının görüşdən iştirak etməmə səbəbinə
aydınlıq gətirib: “Bu görüşü 4 partiyanın görüşü kimi nəzərdə
tutumuşduq. Müsavat Partiyasında dedilər ki, biz görüşə
qatılmayacağıq, amma dialoq olsa iştirak edərik. Sonradan görüş
dialoq formatında inkişaf elədi. Müsavat görüşün belə formatda
keçiriləcəyini bilsəydi, yüzdə yüz iştirak edərdi”.
“Bunun Azərbaycana ancaq faydası ola bilər”
BQP sədri Fazil Mustafa belə təmasları vacib adlandırıb.
“Azərbaycanda siyasi münasibətlərin normal şəkildə
olması, bir-birinə qarşı ittiham irəli sürmək əvəzinə konstruktiv
bir münasibət qurması vacibdir. Məlum görüş də Əli Həsənovun
təşəbbüskar çalışması nəticəsində baş tutdu və yüksək səviyyədə
səmimi dialoq mühiti yaradıldı. Bəyənilən bir tədbir idi. Bunun
Azərbaycana ancaq faydası ola bilər”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin27 Oktyabr 18:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 7 Oktyabr 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM