Rauf Arifoğlu: “Əli Kərimli geriyədönməz bir düşmənçiliyə girdi”
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu: “Əli Kərimli geriyədönməz bir düşmənçiliyə girdi”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimli arasında yeni qalmaqal yaranıb. Buna səbəb isə Əli Kərimlinin tərəfdarlarının baş redaktorla bağlı hazırladığı təhqiramiz kollaj olub.


Publika.az xəbər verir ki, Əli Kərimlinin əmisi oğlu, hazırda Fransada yaşayan İnqilab Kərimli R. Arifoğlunu təhqir edən kollaj hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.


R. Arifoğlu bu təhqirlərə cavab olaraq bildirib ki, İ. Kərimli daşları yerindən oynatdı və AXCP sədrinə böyük pislik etdi: “Bu iyrənc kollajın müəllifi və burada statusları yazan, valideynlərimizi təhqir edən AXCP sədrinin əmisi oğlu İnqilab Kərimlidir. O, hazırda Fransada yaşayır və mühacir alveri ilə məşğuldur. Bu cür kollajlar, adətən, onun əmisi oğlu barədə hazırlanır və yayılırdı. Əlimizdə qəzet olsa da, düşmən olsaq da, bir dəfə bu cür tərbiyəsizliyə getmədik. Əksinə, Əli Kərimlini, onun ailəsini müdafiə etdik, bunu həyata keçirənləri qınadıq. İndi də bu cür hərəkətləri qınayırıq. Bütün “Facebook” boyunca hazırda cəbhə fəalları bizi söyür, aşağılayır, təhqir edirlər. Cavablarını da alırlar. Lakin bu əxlaqsızlar hər dəfə valideynlərimizi, yaxınlarımızı da dillərinə almaqdan çəkinmirlər. Onlara qoşulmayacağıq. Kərimlilərin ağsaqqal və ağbirçəklərinə can sağlığı, ölənlərinə rəhmət diləyirik. Bu cür kollajlar da bizə yapışmaz. Ancaq İnqilab Kərimov daşları yerindən oynatdı və AXCP sədrinə böyük pislik etdi”.

R. Arifoğlu əmisi oğlunun tərbiyəsiz hərəkəti ilə bağlı Əli Kərimliyə məktub yazdığını bildirib. O, məktubda yazdıqlarını da sosial şəbəkələrdə paylaşıb.


“Sənin barəndə belə əxlaqsız şeylər yazılanda mən onlara qarşı çıxdım, səni müdafiə etdim. Bu qədər aşağı düşdün ki, əmin oğlunun dili ilə sənə deyilənləri bizə qaytarırsan. Bir kərə valideynlərini bu işə qatmadım, özündən kənar bir kimsədən yazmadım. Artıq neçənci dəfədir sənin sülalən bütün qırmızıları keçir. Sənə ayıb olsun da deyə bilmirəm. Çünki o mərhələni keçmisən. Sadəcə borc olsun deyirəm. Sən də əmin oğlun da cavabınızı mütləq alacaqsınız. Geriyədönməz bir düşmənçiliyə girdin”, - deyə baş redaktor partiya sədrinə məktubunda bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm