Nida.az
Bakı Qərb-Rusiya müharibəsindən özünü necə qoruyur?
“Rusiya-Qərb qarşıdurmasının güclənməsi fonunda əksər ölkələr öz tərəfini seçməyə məcbur oldu. Lakin bu qarşıdurmada distansiya saxlayan bəzi ölkələr də var. Bunlar ən birincisi yerləşdiyi mürəkkəb coğrafiyasına görə seçilən Azərbaycandır”.
Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşrinin siyasi
yazarı Genadi Sisoyev bu məsələni araşdırmaq, Azərbaycanın buna
neçə nail olduğunu öyrənmək üçün Bakıda səfərdə olub.
Azərbaycan paytaxtında Prezidenti Administrasiyasının nümayəndəsi
Fuad Axundovla görüşən müəllif onun “böyük qardaşdan imtina”
sözlərini əsas gətirir.
“Nə Vaşinqton, nə Moskva, nə Ankara bizim üçün böyük qardaş ola
bilməz”, - deyə PA nümayəndəsi Sisoyevlə görüşdə bildirib.
Müəllif Azərbaycanın xarici siyasət kursunda tutduğu mövqeləri
sadalayır. Rəsmi Bakı Rusiyanın Krımı özünə birləşdirməsini qınayan
BMT qətnaməsini dəstəklədi. Faktiki olaraq, Qəbələ RLS-ni Rusiyadan
aldı. Həmçinin, Rusiyadan yan keçən qaz kəmərləri çəkir. Lakin
digər tərəfdən Bakı Kosovonu tanımır, Qərbin Rusiyaya qarşı olan
“Nabucco” layihəsindən imtina etdi, anti-Rusiya mövqeli olduğu
hesab olunan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsində
aktivliyini zəiflətdi. Bununla yanaşı, Avropa Birliyi ilə
Assosiativ Sazişi imzalamaq üçün alışıb-yanmır. Nəhayət, öz
ordusunu NATO standartlarına uyğun şəkildə formalaşdırır. Buna
paralel olaraq, Rusiya ilə hərbi əməkdaşlığı da davam etdirir.
“Buna necə nail olurlar?” deyə müəllif yazır.
PA nümayəndəsi müəlliflə söhbətində bildirib ki, Moskva üçün
Azərbaycandan daha rahat partnyor yoxdur: “Lakin bizə Avrasiya
İttifaqına qoşulmaq, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına daxil olmaqla bağlı məsələyə baxmağı təklif edirlər. Nə
üçün? Dağlıq Qarabağın qanunsuz olaraq Ermənistan işğalında
saxlamaq üçünmü?”
Müəllif daha sonra politoloq Mübariz Əhmədoğlunun fikirlərinə yer
verir.
“Azərbaycan prinsiplər üzrə siyasət qurmur, öz maraqlarını düşünür. Biz Rusiya və İranın təzyiqlərinə dözdük və onları bizdə Amerikapərəst siyasət aparılmağına inandıra bildik”, - deyə o bildirib.
Politoloq Rasim Ağayev isə Rusiyanın Azərbaycanla münasibətlərin
pozulmasının öz zərərinə ola biləcəyini artıq anladığını deyib:
“Lakin Bakının Dağlıq Qarabağla bağlı gözləntiləri var. Moskva isə
İrəvanı işğal etdiyi torpaqları geri qaytarmaqla bağlı Bakının
istədiyi bu addımı atmır”.
Mübariz Əhmədoğlu isə İŞİD təhlükəsinə diqqət çəkərək bunun Bakı və
Moskva üçün aktual olduğunu bildirib.
Müəllif Vaşinqtonun Bakıya təzyiqlərinə toxunaraq yazır ki, ABŞ
Azərbaycanın Rusiya ilə münasibətlərini uzun illər qısqanıb.
Daha sonra Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun
fikirlərinə yer verir. R. Musabəyov ABŞ-ın Azərbaycana real heç nə
vermək imkanında olmadığının deyib: “Bundan başqa, ABŞ bizim
müxalifətimizə dəstək verərək başağrısı yaradır. Bu isə rəsmi
Bakının qıcıqlanmasına səbəb olur”.
Türkiyəyə gəlincə, rəsmi Bakı Ankaranı da böyük qardaşı hesab
etmir.
R. Musabəyov Türkiyənin Ermənistanla sərhədlərin açılması
məsələsinə toxunaraq bildirib ki, bu gündəmə gələndə rəsmi Bakı
sərt reaksiya verdi.
Müəllif Qərbin tənqidləri fonunda Bakının Rusiyanın yanında yer
alacağına dair fikirlərin səsləndirildiyini xatırladıb. Lakin
politoloq buna əsas görmür. Birincisi, yüksək səviyyəli məmurlar
Qərbi tənqid etsə də, Prezident İlham Əliyev açıq şəkildə
tənqidləri dilə gətirmir. İkincisi, Bakı öz uğurlu siyasətində
imtinaya ehtiyac görmür.
Asif Nərimanlı
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO