Nida.az
Aleksandr Duqindən təhlükəli Qarabağ proqnozu
“Ermənistan Rusiya-Türkiyə yaxınlaşmasından qorxmamalıdır. Cənubi Qafqazda bu ölkələrin heç biri gərginliyin olmasında maraqlı deyil. Ona görə də Ankaranın Dağlıq Qarabağ məsələsində Rusiyaya təzyiq edəcəyini düşünmək mənasızdır. Baş verən bütün proseslər Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş formada qalacağını göstərir. Bu, Cənubi Qafqazın geosiyasi düzülüşündə mövcuddur. Mən heç bir təhlükə görümürəm”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq
Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan
Aleksandr Duqin deyib.
Duqin erməniləri narahat olmamağa çağırıb. Onun sözlərinə görə,
Moskvaya söykənəcəyi təqdirdə Ermənistan üçün heç bir təhlükə
yoxdur: “Əgər ermənilər fərqli oyunlar oynamağa cəhd etsələr, o
zaman onlar üçün çətin olacaq. İrəvan bunu yaxşı anlayır və hazırkı
kursdan sapmaq niyyətində deyil. Bu gün Ermənistan Rusiya müdafiəsi
altındadır və Türkiyə-Rusiya yaxınlaşması İrəvanın maraqlarını
hədələmir”.
Kremlin ideoloqu hesab edir ki, Ankara-Moskva yaxınlaşması Qarabağ
münaqişəsi, yaxud erməni-türk münasibətləri ilə bağlı deyil.
“Rusiya dünya hücumları qarşısında çətin vəziyyətdədir. Türkiyə də
eyni çətinliklərlə üzləşir. Bu baxımdan, iki ölkənin birgə
hərəkətinə zərurət yaranıb. Türkiyənin Avrasiya İttifaqına daxil
olmaq ehtimalı var. Belə olarsa, Ankara ən kəskin problemlərini
belə həll edə bilər. Lakin bu yaxınlaşmanı İrəvan özünə qarşı hesab
etməməlidir. Ermənistan Moskvaya güvənməlidir. Ən azından
Azərbaycanla müharibə ehtimalı fonunda buna məcburdurlar.
Ankara-Moskva yaxınlaşması Qarabağ üçün perspektiv vəd etmir.
Qarabağ uzun müddət dondurulmuş münaqişə olaraq qalacaq”, - deyə
Duqin bildirib.
Asif Nərimanlı
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir