Nida.az
“İş planı hazırlanıb”- Kəmaləddin Heydərov
Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının
layihəsi işlənib hazırlanıb.
Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov məlumat verib.
Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin 2015-ci il
üçün iş planının layihəsi nazirliyin aparatı və strukturuna daxil
olan qurumlar tərəfindən təqdim edilən müddəalar əsasında işlənib
hazırlanıb və müvafiq vəzifəli şəxslər tərəfindən
razılaşdırılıb.
Növbəti ildə qarşıda duran prioritet vəzifələr nazirliyin kadr
potensialından səmərəli istifadə və peşəkarlıq səviyyəsinin
artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın
riskinin azaldılması istiqamətində görülən işlər çərçivəsində
dibdərinləşdirmə işlərinin davam etdirilməsi, su ehtiyatlarının
qiymətləndirilməsi layihəsi üzrə işlərə başlanılması, neft
dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, bu
istiqamətdə yeni layihələrin hazırlanması və həyata
keçirilməsidir.
Bundan əlavə, iş planının layihəsində Bakı buxtasının təmizlənməsi
layihəsi üzrə işlərə başlanılması, elektron xidmətlər göstərilməsi
sahəsində işin təkmilləşdirilməsi və günün tələbləri səviyyəsində
qurulması, sənədlərin elektron dövriyyəsinin təkmilləşdirilməsi
işinin davam etdirilməsi, qurumların maddi-texniki təchizat
bazasının müasir standartlara uyğun şəkildə daha da gücləndirilməsi
və ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının
təhlükəsizliyinin aidiyyəti üzrə yüksək səviyyədə təmin edilməsi
məsələləri əksini tapıb.(AzərTac)
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək