Nida.az
Əli Əhmədov: “Azərbaycanın inkişafı Prezidentin adı ilə bağlıdır”
“Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bunu hər bir Azərbaycan vətəndaşı da məmnunluq hissi ilə dərk edir”.
Publika.az-ın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu inkişafını 21-ci əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar. Ə.Əhmədov deyib ki, ötən 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb: “Dünya tarixində belə qısa müddətdə 3 dəfə artımı müşahidə olmayıb. Bu illər ərzində Azərbaycanda həyat bütünlüklə dəyişib. Artıq Azərbaycan möhtəşəm müasirləşmə dövrü yaşayır. Bu təkcə iqtisadi dəyişiklik deyil, həm də insanların nəzərində dəyişiklikdir. Azərbaycanın inkişafı eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir. Buna Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını misal gətirmək olar. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Azərbaycan həmçinin ciddi regional əhəmiyyətə malikdir. Beləliklə son 10 ildə Azərbaycan Heydər Əliyevin davamçısı olan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yeni bir məmləkət, yeni bir cəmiyyətə çevrilib”.
Vasif Həsənli
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO