Nida.az
Bələdiyyə seçkiləri ilə bağlı bəzi məntəqələrdə səslər yenidən sayılacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.
Trend-in məlumatına görə, iclasda 75 saylı Lənkəran-Masallı Seçki
Dairəsində Türkoba bələdiyyəsi üzrə 29 saylı seçki məntəqəsində, 75
saylı Lənkəran-Masallı Seçki Dairəsində Gəgiran bələdiyyəsi üzrə 15
və 19 saylı seçki məntəqələrində, 76 saylı Lənkəran-Astara Seçki
Dairəsində Səpnəkəran bələdiyyəsi üzrə 11 və 12 saylı seçki
məntəqələrində, 95 saylı Tərtər Seçki Dairəsində Mamırlı
bələdiyyəsi üzrə 22 saylı seçki məntəqəsində, 66 saylı Biləsuvar
Seçki Dairəsində Ağalı kənd bələdiyyəsi üzrə 29 və 30 saylı seçki
məntəqələrində, 71 saylı Masallı Kənd Seçki Dairəsində Qızılağac
kənd bələdiyyəsi üzrə məntəqələrdə, 75 saylı Lənkəran-Masallı Seçki
Dairəsində Türkoba bələdiyyəsi üzrə məntəqələrdə, 57 saylı Kürdəmir
Seçki Dairəsində Şirvan bələdiyyəsi üzrə 21 saylı seçki
məntəqəsində, 119 saylı Ağdam Kənd Seçki Dairəsində Farzalı
bələdiyyəsi üzrə məntəqələrdə namizədlərin qanun pozuntularının
aradan qaldırılması, nəticələrin ləğvi, səslərin yenidən sayılması
və protokolların namizədlərə verilməsi barədə müraciətlərinin
baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi
barədə qərarlar qəbul edilib.
82 saylı Ağcabədi Seçki Dairəsində Şənlik kənd bələdiyyəsi üzrə
bəzi məntəqələrdə seçki protokollarının saxtalaşdırılması barədə
iddia da baxılması üçün müvafiq DSK-ya göndərilib.
MSK 72 saylı Yardımlı-Masallı Seçki Dairəsində Şıxlar bələdiyyəsi
üzrə 81 və 82 saylı seçki məntəqələrində, 92 saylı Zərdab-Ucar
Seçki Dairəsində Körpü kənd bələdiyyəsi üzrə seçki məntəqələrində,
107 saylı Qazax Seçki Dairəsində Birinci Şıxlı kənd bələdiyyəsi
üzrə məntəqələrdə səslərin təkrar hesablanması barədə qərar qəbul
edib.
Namizədlərin şikayətlərindəki digər məqamların isə müvafiq DSK-larda araşdırılması zəruri sayılıb.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."