Nida.az
Oqtay Əsədova “Şərəf” ordeni təqdim edildi
Bu gün Milli Məclisin 2014-cü ildə sonuncu plenar iclası
başlayıb.
Publika.az xəbər verir ki, iclasda Gülüzar Rzayevanın Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
məsələyə baxılıb.
Bu haqda məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli G. Rzayevanın peşəkar hüquqşünas
kimi xarakterizə edib.
Deputat Sabir Rüstəmxanlı spiker Oqtay Əsədovu “Şərəf” ordeni
alması, eləcədə deputat korpusunu, media nümayəndələrini qarşıdan
gələn bayramlar münasibəti ilə təbrik edib. Deputat G. Rzayevanın
Azərbaycan hüquq sistemində peşəkar mütəxəssis kimi
dəyərləndirib.
Daha sonra məsələ səsə qoyulub və qəbul edilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov
bildirib ki, Oqtay Əsədov Milli Məclisə 10 ilə yaxındır ki, uğurla
rəhbərlik edir: “Bu müddətdə Milli Məclis uğurla fəaliyyət
göstərib, iqtisadi inkişaf üçün qanunvericilik bazası hazırlayıb,
beynəlxalq qurumlarla qarşılıqlı sürətdə ciddi iş aparıb: “Görülən
işlər çoxdur və bu haqda saatlarla danışmaq olar. Çox əlamətdar
haldır ki, Prezident dünən sizi “Şərəf” ordeni ilə təltif etdi. Bu
sizin simanızda Milli Məclisə verilən qiymətdir. Deputat
həmkarlarım adından sizi yubiley münasibəti ilə təbrik edirik. Biz
bununla kifayətlənmirik. Arzu edirik ki, sizin 70-80 yaşınızı da
burada təbrik edək”.
Oqtay Əsədov isə bildirib ki, Məclisə gəlməzdən öncə prezident onu qəbul edib, “Şərəf” ordenini təqdim edib və onun adından deputatlara təbrikini çatdırıb.
Asif Nərimanlı
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR