Nida.az
ADR bölgələrdə təşkilatlanır: “Öz aləmlərində böyük siyasətlə məşğul olurlar”
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı yeni ilə rayonlarda fəaliyyətini genişləndirməklə başlayıb.
Publika.az xəbər verir ki, Salyan müsavatçıları
ADR-in Təşəbbüs qrupunu yaradıb.
Qubad İbadoğlu, Ellada Məmmədli, Hüseyn Məlik, eləcə də KXCP-nin “Demokratik Birlik” fraksiyasının rəhbərliyində təmsil olunanların iştirakı ilə Salyanda keçirilən görüş KXCP-nin rayon şöbəsinin qərargahında keçirilib.
ADR rəhbəri Qubad İbadoğlu isə 2015-ci ildə siyasi fəaliyyətləri
ilə bağlı sosial şəbəkədə maraqlı fikirlərini paylaşıb.
“Bir çox insanlar səmimiliyin gücündən və təsirindən bixəbərdir.
Çünki ömrü boyu qəlbində hiss etdiklərini qarşısındakı insana
olduğu kimi ifadə etməyərək, öz aləmlərində böyük siyasətlə məşğul
olublar. Süni səmimiyyətləri ilə ən yaxınları qarşısında belə
özlərini olduğundan fərqli göstərərək şəxsiyyətlərini gizlətməklə
başqa cür tanıtmaq istəyiblər. Bəzən də buna nail olublar, amma bu
çox uzun çəkməyib və çəkə də bilməzdi. 2014-cü il nə qədər ağrılı
olsa da mənə məhz belələrini aydınlaşdırmaq şansını verdi və mən də
öz növbəmdə onları cəmiyyətə tanıtmaq imkanına malik oldum. 2015-ci
ildə qəlbən səmimi, hər zaman dürüst, bütün davranışları və
əməlləri ilə təbii olan dostlarla yola çıxırıq. Bir məqsədimiz də
səmimiliyin gücünü və vacibliyini göstərməkdir. İkinci əsas
məqsədimiz Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını əxlaq
və mənəviyyat, səmimiyyət və dürüstlük təcəssümünə çevirməkdir”, -
deyə o vurğulayıb.
Asif
-
Sosial22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin221:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal19:05
Ramin Deko saxlanıldı
-
Kriminal18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu