Nida.az
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm".
Dövlət başçısı qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri qarşılıqlı anlaşma və hörmət şəraitində, əmin-amanlıq, dostluq və qardaşlıq mühitində yaşayıblar. Təsadüfi deyil ki, Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanınır. Bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir:
"Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş cəmiyyəti quruculuğunda, respublikamızın inkişafı və tərəqqisi naminə aparılan böyük quruculuq işlərində yaxından və fəal iştirak edirlər.
Özündə yeniliyi, həmrəyliyi və əmin-amanlığı təcəssüm etdirən Milad bayramı xristian icması tərəfindən hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!"
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu