Nida.az
Ermənipərəst konqresmenə 20-dən çox maddə üzrə cinayət işi açılıb
Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb.
Trend-in məlumatına görə, M.Qrim ABŞ Konqresində erməni məsələləri
üzrə işçi qrupunun həmsədrlərindən biri olub, erməni lobbi
təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə ölkəmizin
maraqlarına qarşı fəaliyyətlərdə aktiv şəkildə iştirak edib. O
həmçinin ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı
separatçı qüvvələrə maliyyə yardımı ayrılması üçün fəal şəkildə
çağırış edən qanunverici orqan mənsublarından biri olub.
Qeyd edək ki, 30 dekabr 2014-cü il tarixində ABŞ Konqresinin
Nümayəndələr Palatasının üzvü M.Qrim istefa verdiyinə dair açıqlama
verib.
Xatırladaq ki, konqresmen M.Qrim ABŞ qanunverici orqanına
seçilməmişdən öncə 2006-2010-cu illərdə biznes fəaliyyəti ilə
məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu Yorkdakı ABŞ federal
qurumları tərəfindən M.Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət
işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar
çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin
aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə
dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal
immiqrantların işlədilməsi, yalan ifadə vermək və digərləri yer
alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham
aktında əks olunan məsələlərdən biri - vergidən yayınma məsələsi
ilə bağlı M.Qrimin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra
2014-cü il seçkilərində 11-ci Nyu-York dairəsində qələbəsinə və
yenidən Konqresə seçilməsinə baxmayaraq, M.Qrim istefa verməyə
məcbur olub.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO