Nida.az
“The Hill”: “Azərbaycan torpaqlarını azad etsə, Ermənistan çox şey qazanacaq”
ABŞ-ın “The Hill” nəşrində Amerikan Yəhudi Komitəsinin İctimaiyyətə Əlaqələr Departamentinin keçmiş rəhbəri Ceyson Katsın “Cənubi Qafqaz regionunun inkişafına maneələr” adlı məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, müəllif bölgənin
inkişafına əsas maneə kimi Ermənistanı göstərir: “Dünyanın zəngin
bölgələrindən olan Cənubi Qafqaz Qərbyönümlü mövqeyi ilə yadda
qalıb. Bu bölgə Sovet İttifaqı dövründə də öz zənginliyi ilə
seçilib. Bu bölgə Avropanın qaz təchizatında əsas alternativ kimi
bu gün gündəmdədir və bu proses yaxşı gələcək vəd edir”.
Müəllif ötən ilin sonlarında Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Qars görüşünə toxunub: “Bu, Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mövlud Çavuşoğlu arasında dördüncü görüş idi. Görüşün diqqət çəkən tərəfi regionun ümumi inkişafında Ermənistan maneəsi idi. Ermənistan qəribə şəkildə özünü regionun bütün layihələrindən kənarda saxlayır. Yəqin ki, səbəbi maraqlıdır. Bu ölkə özü üçün mənfi yol seçib və regionun digər ölkələrindən fərqli olaraq müstəqil xarici siyasət apara bilmir. Halbuki, regionun digər ölkələri müstəqil xarici siyasət aparır və bütün fəaliyyətlərini öz xalqlarının tərəqqisinə yönəldib. Ermənistan isə bu illər ərzində Rusiya Federasiyasının vassalına çevrilib”.
C. Kats qeyd edir ki, Ermənistan sərhədlərinə və hava məkanına
Moskva nəzarət edir. Onun sözlərinə görə, rus hərbçilər faktiki
olaraq Ermənistanda Rusiyaya məxsus bazada xidmət edirlər: “Bu
yaxınlarda həmin bazanın genişləndirilməsi ilə bağlı müqavilə də
imzalandı. Yayılan başqa bir məlumatda isə “KQB”nin varisi FTX
Ermənistanda xüsusi əməliyyat keçirib. Hansı ki, Ermənistan Rusiya
üçün hüquqi baxımdan xarici dövlət hesab olunur. Ermənistan ötən il
Avropa Birliyi ilə Assosiativ Sazişlə bağlı apardığı danışıqları
qəfil kəsib Rusiyanın yaratdığı Avrasiya İttifaqına üzv oldu.
2014-cü ildə BMT-də Ukraynanın müstəqilliyi müzakirə edilərkən
Ermənistan Şimali Koreya, Sudan və Suriya kimi çıxış edərək, bunun
əleyhinə səs verdi”.
Müəllif Ermənistandakı acınacaqlı duruma da diqqət çəkib.
“Bu ölkənin iqtisadiyyatı dağılır, insanlar kütləvi şəkildə öz
evlərini tərk edərək müxtəlif yerlərə üz tuturlar. Əhalinin
əksəriyyəti yoxsulluq içindədir. Ermənistanın tərəqqisinin sadə bir
cavabı var. Azərbaycan torpaqlarını işğaldan azad edin və gələcək
haqda düşünün. Hansı ki, 1990-cı illərdə Ermənistan rusların
yardımı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu
işğal etdi. Bu müharibədə azərbaycanlılar “Qırmızı Ordu” və İranın
Ermənistana verdiyi dəstək nəticəsində məğlub oldu. Bu gün
Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü var.
Türkiyə Azərbaycana dəstək olaraq Ermənistanla sərhədlərini
bağladı. Bugünkü mənzərə Ermənistanın müharibədən heç də qalib
çıxmadığını göstərir. 20 ildən artıq bir müddətdə Azərbaycan
torpaqlarını işğal altında saxlayan Ermənistan regionda geriyə
gedən yeganə ölkəyə çevrilib”, - deyə müəllif bildirib.
C. Kats rəsmi Bakının mövqeyini xatırladıb. Qeyd edib ki,
Azərbaycan tərəfi işğal olunmuş ərazilərinin geri qaytarılacağı
təqdirdə etnik ermənilərin təhlükəsizliyinə zəmanət verir, onlara
öz vətəndaşlığını təklif edir. Müəllif Ermənistana öz xalqını
düşünməyi məsləhət görür.
“Əgər Türkiyə ilə sərhədlərin açılmasına “erməni soyqırımı”nın
maneə olduğunu deyirsinizsə, o zaman bu işi tarixçilərin öhdəsinə
buraxın. Türkiyə buna razıdır. Bu gün Ermənistan iqtisadiyyatını
ayaqda tutmaq üçün erməni diasporu maliyyə yardımı edir. Lakin
onlar “erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsində lobbiçiliyə
qoyduqları sərmayəni Ermənistana göndərsələr, daha yaxşı olardı.
İrəvan da regional layihələrdə iştirak etmək üçün güzəştə getməli,
regional danışıqlarda iştirak etməlidir. Azərbaycan, Gürcüstan və
Türkiyə bu məsələdə açıqdır. İşğal altındakı torpaqlar azad
olunarsa və Dağlıq Qarabağ münaqişəsi həll edilərsə, bundan ən çox
Ermənistan qazanc əldə edəcək”, - deyə müəllif vurğulayıb.
Asif Nərimanlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi