Nida.az
“Nezavisimaya qazeta”: “İŞİD Azərbaycanı hədəf alıb”
İŞİD Qafqazı, xüsusilə bu regionda Azərbaycanı hədəf alıb.
Publika.az xəbər verir ki, bu iddia ilə Rusiyanın
“Nezavisimaya qazeta” nəşri çıxış edib.
Nəşr bir neçə gün öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin
(MTN) Suriyada döyüşərək geri qayıdan 10 azərbaycanlını həbs
etməsini xatırladaraq, bir müddət öncə keçirilən əməliyyatda isə 26
İŞİD tərəfdarının zərərsizləşdirildiyini diqqətə çatdırıb.
“Sonuncu əməliyyatda həbs olunan 10 nəfər Suriya torpaqlarında
döyüşərək geri qayıdanlardır. Onlar Suriyada təlimlər keçərək
hökumət əleyhinə döyüşüblər”, - deyə nəşr bildirib.
“Nezavisimaya qazeta” radikal qruplaşmaların Azərbaycana ayaq
açması tarixinə də toxunub: “Radikal dini təlimlərin davamçıları,
xüsusilə vəhhabilik Azərbaycanda ilk dəfə 1990-cı illərin
əvvəllərində peyda oldu. Onlar xüsusilə ölkənin Şimal bölgəsində
çoxluq təşkil edirdi. Çünki Şimali Qafqazdan olan radikal qruplar
bura ayaq açmışdı. Həmin vaxt Azərbaycan Dağlıq Qarabağ
müharibəsini yaşayırdı. Bunun üçün də radikal qruplaşmaların ölkəyə
ayaq açması diqqətdən yayınmışdı. Ekspertlərin fikrincə, zaman
keçdi və ölkə üçün qeyri-ənənəvi olan sələfilərin sayı artmağa
başladı, hətta on minlərlə oldu. Sələfilərin içindən çıxan daha
radikal olanlar qanunları tanımır və cinayət əməllərinə meyil
edirlər. Bir çoxu xarici müharibələrdə iştirak üçün ölkəni tərk
etdi. Ötən ilin ortalarında MTN-nin keçirdiyi xüsusi əməliyyat
zamanı xarici müharibələrdə döyüşüb gələn 26 nəfər həbs olundu. Bu
şəxslər arasında İŞİD, Taliban və digər terror qruplaşmalarının
tərkibində döyüşüb vətənə qayıdanlar da var idi. İstintaqın
gedişində məlum oldu ki, İslam dininin yanlış qavranılması
nəticəsində yaranan radikal qruplaşmalar Azərbaycandan da döyüşçü
yığmaq kimi cəhdlər ediblər”.
Nəşr qeyd edir ki, Azərbaycandakı həbslər İŞİD tərkibində döyüşən
keçmiş müttəfiq ölkələrdən gəlmələrin gec-tez Vətənə qayıtdığını
göstərdi.
“İnternetdə yayılan videomateriallarda deyilən fikirlər, keçirilən
təlimlər vətənə qayıdan bu radikalların sakit dayanmaq niyyətində
olmadıqlarını deməyə əsas verir. Onlar hər zaman ciddi problemlər
yarada bilərlər. Görünür, Azərbaycan xüsusi xidmət orqanları bu
təhlükələri nəzərə alır və vaxtın da önləyici tədbirləri yerinə
yetirir”, - deyə nəşr vurğulayıb.
Asif Nərimanlı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”