Nida.az
İsa Qəmbərin “türmə” jarqonu aranı qatdı - QARŞIDURMA
Müsavatın keçmiş başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinə müsahibəsində partiyanın VIII qurultayının nəticələrindən narazı olanlara qarşı sərt ifadələr işlədib.
Keçmiş başqanın “Sizin rəhbərliyiniz zamanı indi tərəf olan şəxslər çox uğurlu fəaliyyət göstərirdilər...” sualına cavabında işlətdiyi “mən onları sındırmaq istəmirəm” ifadəsi diqqətçəkən məqam olub.
“Mən bu söhbətlərə qayıtmaq, fərdilərşdirmək istəmirəm, çünki
dərinə getmək istəmirəm. Mən insanları aşağılamaq istəmirəm,
adamları yüksəltmək istəyirəm. Kim Müsavat Partiyasında namusu,
vicdanı, ləyaqəti ilə partiyaya, xalqa, cəmiyyətə xidmət edib, mən
hər zaman o adamları yüksəltməyə, gücləndirməyə, onların cəmiyyətə
təsirini artırmağa çalışmışam. Mən onların nöqsanlarını görəndə də
onları aşağılamaq, sındırmaq, onların qüsurlarını ictimailəşdirib
nüfuzdan salmaq istəmirəm”, - deyə İsa Qəmbər vurğulayıb.
Publika.az narazı kəsimin keçmiş başqanın
fikirlərinə reaksiyasını öyrənib. Qarşı tərəfi ən çox qıcıqlandıran
məhz “sındırmaq” ifadəsi olub.
Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy
həbsxana jarqonunu İsa Qəmbərə yaraşdırmadığını açıqlayıb:
“Sındırmalı adam kimdirsə, açıqlasın. Sındırmaq, alçaltmaq kimi
həbsxana leksikonundan istifadə etməyi İsa bəyə yaraşdırmıram.
Konkret kimdən və nədən danışdığını açıq söyləsin”.
S. Əlisoy özünün İsa Qəmbərin qarşısında gözükölgəli olmadığını
bildirib.
“Onun qarşısında nə gözüm kölgəlidir, nə də “ipotekam” var. Ad
çəksin, lazımdırsa, ifşa etsin. Amma qaranlıq sözlər danışmasın”, -
deyə o, vurğulayıb.
İsa Qəmbərin keçmiş müşaviri, Qubad İbadoğlunun tərəfdarı Hüseyn
Məlik də keçmiş başqanı açıq danışmağa çağırıb: “Nə bilirsə,
açıqlasın. Əlindəki faktları ortaya qoysun. Şəxsən məni heç kim
sındıra bilməz. Mən ittiham edən tərəfəm, ittiham olunan yox. Bu
cür sözləri də İsa bəyə yaraşdırmıram. Şəxsən mənim haqqımda nə
bilirsə, açıqlasın”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR