Nida.az
İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı məsələlər geniş müzakirə olundu. Prezident İlham
Əliyev bildirdi ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh
yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik
tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi
istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir.
Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin
vacibliyini qeyd edən dövlətimizin başçısı bu vəziyyətin uzun zaman
davam etdirilməsinin yolverilməz olduğunu bildirdi. Prezident İlham
Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk qrupunun
həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən
Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar
atmasının vacibliyini vurğuladı.
Daha sonra görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında
əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO