Nida.az
Hayko Lanqner: “Berlin Krımla bağlı mövqeyini Qarabağa da tətbiq etməlidir”
“Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəf kimi çıxış etməsi nəzərə çarpmır. Bu ölkə Minsk qrupunda əhəmiyyətli vasitəçilərdəndir. Almaniya kanslerinin Rusiyanın münaqişədə tərəf tutmasına dair açıqlaması bir qədər səmimiyyətdən uzaqdır”.
Publika.az xəbər verir ki, bu barədə almaniyalı
politoloq Hayko Lanqner deyib.
Qeyd edək ki, yanvarın 21-də Almaniya kansleri Azərbaycan
Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiyanın Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyini tənqid edib.
Almaniyalı politoloq isə Merkelin bu mövqeyinin Minsk qrupunun
fəaliyyətində qarışıqlığa səbəb ola biləcəyini düşünür. Onun
fikrincə, indiyə qədər işğalçı Ermənistanı pisləməyən Berlinin
hazırkı mövqeyi suallar yaradır.
“Avropa Birliyi Azərbaycan ərazilərini işğal edən Ermənistana qarşı
indiyə qədər sanksiyaları dəstəkləməyib. Almaniya kanslerinin
Dağlıq Qarabağ haqda danışaraq, Rusiyanı tənqid etməsi başqa
mətləblərdən xəbər verir. Bu, daha çox Avropa Birliyinin
Ukraynadakı vəziyyətə yanaşması və Rusiyaya qarşı sanksiyaların
tətbiqi ilə bağlıdır. Görünür, Avropa ümumi planda hücuma keçmək
niyyətindədir. Bu baxımdan, Merkelin bəyanatını konstruktiv hesab
etmirəm. Çünki bir müddət öncə Bundestaqın sorğusuna cavabında
federal hökumət münaqişə ilə bağlı Rusiyanın mövqeyini
dəstəklədiyini açıqlamışdı. Əgər münaqişənin həllində doğrudan da
irəliləyiş istəyiriksə, mövcud həmsədrlərə dəstək verilməlidir.
Münaqişənin həlli onsuz da ağır və mürəkkəbdir. Vacib olan Minsk
qrupu üzvlərinin vahid mövqedən çıxış etməsidir”, - deyə o
vurğulayıb.
H. Lanqner rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinə Krım
probleminə yanaşması kimi mövqe sərgiləməsinin vacibliyini
bildirib: “Almaniya Krımın ilhaqını qəti şəkildə pislədi. Lakin
Dağlıq Qarabağ münaqişəsinə yanaşmada daha çox ehtiyatlı mövqe
tutur. Təbii ki, bu da anlaşılmaz ziddiyyətləri ortaya çıxarır.
Çünki Ukraynanın ərazi bütövlüyünü dəstəkləyibsə, bu prinsiplər
Azərbaycana da şamil edilməlidir. Beynəlxalq hüquq Dağlıq Qarabağ
münaqişəsində tamamilə açıq şəkildə özünü göstərir. Ermənistan 20
ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır
və bu ölkənin ərazi bütövlüyü pozulub. Rəsmi Berlin Azərbaycanın
torpaqlarını işğal edən Ermənistana qarşı hərəkətə keçməklə öz
mövqeyini aydınlaşdırmalıdır”.
H. Lanqnerin fikrincə, əks təqdirdə, bütün addımlar ikili standart
yanaşması olacaq.
“Hətta BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qəbul
etdiyi qətnamələrlə aydın şəkildə ifadə edib. Almaniya bu məsələdə
geri qalmamalıdır”, - deyə almaniyalı politoloq əlavə edib.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri