Nida.az
“Münəccimlik etməsinlər” – YAP-dan “parlament bölünüb” iddiasına REAKSİYA
“Parlament seçki yolu ilə formalaşır. Bu torpaq payı deyil ki, hərəyə bir hissə verəsən”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş
Novruzov Milli Məclisin indidən formalaşdırıldığına dair iddialara
münasibət bildirərkən deyib.
S. Novruzov bu iddiaları şayiə adlandırıb. Onun sözlərinə görə, YAP
şayiələrlə yox, əməli fəaliyyət göstərir: “Bələdiyyə seçkilərini
başa vurduq. 68 faiz səs üstünlüyü ilə qalib olduq. Qarşıdan gələn
parlament seçkilərinə ciddi şəkildə hazırlaşırıq. Bu seçkidir və
əsas söz xalqındır. Xalq kimə etimad göstərəcəksə, o da seçiləcək.
Ona görə də indidən münəccimlik etməsinlər”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti adının açıqlanmasını istəməyən
mənbəyə istinadən hakim partiyanın parlamenti indidən
formalaşdırdığını yazıb. İddialara görə, 2010-da YAP siyahısından
mandat alan bir çoxları bu dəfə kənarda qalacaqlar. Belə ki, 70
nəfərdən ən azı 30-u bu dəfə mandatını təhvil verməli olacaq.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...