Nida.az
İsa Qəmbər razılıq verib: Qubad İbadoğlunun “qələmi qırılır”
“Divanda Qubad İbadoğlunun partiyadan çıxarılması qərarı verilə bilər”.
Bunu Publika.az-a adının açıqlanmasını istəməyən
Müsavat üzvlərindən biri bildirib.
Onun sözlərinə görə, Q. İbadoğluya dəvət göndəriləndən sonra Arif
Hacılının onu ciddi şəkildə tənqid etməsi hər şeyi aydın şəkildə
göstərir: “Arif bəy indiyə qədər gözləmə mövqeyində dayansa da,
artıq İsa Qəmbərin “dobrosunu” alıb. Partiyanın əksər üzvləri Arif
Hacılının tərəfindən çıxış edir. Qubad bəyin “qələmini
qırıblar”.
Məlumata görə, A. Hacılı Qubad İbadoğlunu partiyadan
uzaqlaşdırmaqla bütövlükdə ADR-i neytrallaşdırmaq niyyətindədir.
İsa Qəmbərin xələfi narazıların partiyada qalmaması fikrini müdafiə
edir.
“O, İsa bəyi inandırmağı bacarıb. Arif bəy hesab edir ki,
narazıların partiyada qalması Müsavatın gələcəyini təhlükəyə atır.
Amma Qubad bəyin Divana gəlməcəyini bilə-bilə ona dəvət göndərməklə
manevr edir. Yəni Qubad bəy Divana gələrsə, yeni rəhbərliyin
legitimliyini tanımış hesab olacaq və “sındırılacaq”. Gəlməsə,
hörmətsizlik etdiyi əsas gətirilərək, partiyadan çıxarılacaq. Hər
iki mənada onun Müsavatdan çıxarılacağı gözləniləndir. Qubad
İbadoğlu Müsavatdan kənarlaşdırılacağı təqdirdə, istər-istəməz onun
tərəfdarları bir-bir istefa ərizələrini yazacaqlar. Arif bəy
ssenarini belə qurub”, - deyə məlumatda qeyd edilib.
Q. İbadoğlunun bir müddət öncə partiyadan çıxarılan Səxavət
Əlisoyun taleyini yaşayacağı gözlənilir. Belə ki, Arif Hacılını
sərt tənqid edən S. Əlisoy görüş üçün partiyaya dəvət edildi. O,
dəvətdən imtina edəndən sonra, haqqında çıxarılma əmri verildi.
Q. İbadoğlu Publika.az-a açıqlamasında Divanın
dəvəti haqda düşündüyünü deyib. Onun sözlərinə görə, əsas
fəaliyyətini təsisçisi olduğu ADR-in təşkilatlanmasına sərf etmək
niyyətindədir. ADR təsisçisi Müsavatdan çıxarılmasını da istisna
etmir.
“Gərək onların iddia etdiyi kimi, nizamnamə pozuntuları sübut
olunsun. Necə olacağı bəlli olacaq. Lakin burda nizamnamə əsasında
deyil, siyasi müstəvidə qərar verildiyi ortadadır. Mən İsa Qəmbərə
də, Arif Hacılıya da görüşüb problemləri müzakirə etməyi təklif
etmişdim. Görünür, onlar hər şeyin belə qalmasında, daha çox
gərginlik olmasında maraqlıdırlar”, - deyə o vurğulayıb.
Qubad İbadoğlu ilə birlikdə Divana dəvət olunan ADR üzvü, Müsavat
Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədlini də eyni tale
gözləyir.
E. Məmmədli Publika.az-a açıqlamasında Divana şəxsən dəvət olunmadığını deyib: “Məni Divana şəxsən dəvət etməyiblər. Sadəcə olaraq, Səxavət Soltanlı “Facebook”da qapalı qrupdakı statusunda bu barədə yazmışdı”.
Lakin o, Divanın toplantısında qatılmaq niyyətində olduğunu bildirib: “Bir qədər vaxt məhdudiyyətim var. Onu həll etsəm, mütləq gedəcəm”.
“Səxavət Əlisoy kimi Divana qatılmayacağınız halda Müsavatdan
çıxarıla bilərsinizmi” sualına MQB-nin sədrinin cavabı belə olub:
“Mən istər sıravi müsavatçı, istərsə də Qadınlar Birliyinin sədri
kimi siyasi fəaliyyətimdə heç vaxt nizamnamədən kənara çıxmamışam.
Birlik mütəmadi iclaslar keçirir, tədbirlər hazırlayır və
partiyanın bütün toplantılarında iştirak edir. Əgər partiyadan
çıxartmaq niyyətləri varsa, hər şey aydın olacaq”, - deyə MQB sədri
bildirib.
Qeyd edək ki, Müsavat Divanının növbəti toplantısı fevralın 2-də
baş tutacaq. Toplantıya dəvət olunan narazılara qarşı partiya
nizamnaməsini pozulması ittihamları irəli sürüləcək.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri