Nida.az
Qrossun yeni xələfi: Bakı həmməruzəçi qərəzindən qurtula biləcəkmi?
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası Azərbaycan üzrə yeni həmməruzəçinin seçilməsi ilə də yadda qaldı.
Maltadan olan deputat Cozef Debano Qrexin Azərbaycan üzrə
həmməruzəçi səlahiyyətləri bitdiyi üçün yeni seçki keçirildi.
Komitə üzvləri polşalı deputat Tadeuş İvinskini Azərbaycan üzrə
həmməruzəçi kimi namizədliyini yekdilliklə dəstəklədilər.
Publika.az-ın məlumatına görə, T. İvinski 1994-cü ildən Polşanın
AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr
müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt
komitənin sədridir.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçi postu daim qalmaqalla yadda
qalıb. Xüsusilə keçmiş həmməruzəçi Andres Qross anti-Azərbaycan
mövqeyi ilə məşhur idi. Azərbaycana qarşı daim “siyasi məhbus”
məsələsi ilə gündəmə gələn Qross bu sessiyada da keçmişi unutmadı.
O, Azərbaycanda “siyasi məhbus” probleminin mövcudluğunu dilə
gətirdi. Təbii ki, Qrossun bu iddiaları artıq AŞPA-da ciddiyə
alınmır. Xüsusilə də “siyasi məhbus” terminin mahiyyətini hələ də
müəyyən edə bilməyən Avropa belə məsələlərə görə Azərbaycan kimi
güclü tərəfdaşlarını itirmək istəmir.
Lakin həmməruzəçilərin Azərbaycan üçün “başağrısı” olduğu da
faktdır.
A. Qrosdan sonra həmməruzəçi təyin olunan Qrex sələfi qədər qərəzli
olmasa da, ümumi abu-hava ona da təsir etmişdi və o da bəzən
Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilirdi.
Bu baxımdan, növbəti həmməruzəçinin Bakıda necə qarşılandığı
maraqlıdır.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva
Publika.az-a açıqlamasında yeni həmməruzəçidən obyektivlik
gözlədiklərini bildirib: “Azərbaycan dialoq və əməkdaşlıq üçün açıq
ölkədir. Əməkdaşlıq çərçivəsində həmməruzəçidən əsas tələbimiz açıq
və konstruktiv olmasıdır. Hər məsələdə olduğu kimi məruzəçidən
obyektiv olmağı, reallığı görüb etiraf etmə bacarığı
gözləyirik”.
S. Fətəliyeva Tadeuş İvinskini təcrübəli siyasətçi kimi xarakterizə
edib.
“İvinski uzun illər AŞPA-da çalışıb. Onun təcrübəsinin məruzəçi
kimi fəaliyyətinə də təsir edəcəyini düşünürəm” , - deyə nümayəndə
heyətini üzvü bildirib.
Nümayəndə heyətinin digər üzvü Fazil Mustafa Publika.az-a
açıqlamasında Tadeuş İvinskini Azərbaycanı tanıyan, uzun illər
parlament təcrübəsi olan, AŞPA-nın ən stajlı deputatlarından biri
kimi təqdim edib: “Biz onunla birlikdə Serbiyada prezident
seçkilərini müşahidə etmişik. 7 dildə sərbəst danışan çox istedadlı
adamdır. Obyektiv yanaşması ilə tanınır, xüsusi qərəzli
davranışları olmayan bir personadır. Hər halda obyektiv bir məruzə
hazırlayacağına əminliyim böyükdür”.
Asif Nərimanlı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”