Nida.az
Oqtay Əsədov: “İşimiz gərgin olacaq”
“Bəzi təşkilatlar Azərbaycanda Avropa Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşı mübarizə aparırlar”.
Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin təşkilatların və şəxslərin Azərbaycan əleyhinə apardığı kampaniya yolverilməzdir.
Yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edərək, onlara işlərində uğurlar arzulayan O.Əsədov onu da deyib ki, Milli Məclis Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurlu olması üçün öz öhdəliyinə düşən qanunvercilik prosesini layiqincə yerinə yetirir: “Bilirsiniz ki, bu çağırış parlamentin səlahiyyət müddətinin başa çatmasına az qalıb. Ona görə də işimiz gərgin olacaq. Bu sessiyada hökumətin hesabatı dinləniləcək, büdcənin icrası haqqında qanun layihəsinə baxılacaq, Ombudsmanın hesabatı dinləniləcək və digər qanunlara baxılacaq”.
Xatırladaq ki, Milli Məclisin bugünkü iclasının gündəliyinə 11 məsələ daxil edilib.
Vasif Həsənli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO