Zahid Oruc Tarif Şurasını qanunsuzluqda ittiham etdi
Bizi izləyin

Nida.az

Zahid Oruc Tarif Şurasını qanunsuzluqda ittiham etdi

“Azərbaycan Tarif Şurasının statusu qanunla müəyyən edilməlidir”.

Publika.az-ın məlumatına görə, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc çıxış edib.

Onun sözlərinə görə, Tarif Şurasında QHT-dən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmalıdır.

Zahid Oruc yanvarın 12-də Tarif Şurasının benzin və dizel yanacağının qiymətini qanunsuz olaraq qaldırması məsələsini xatırladaraq, bu hadisədən sonra bir sıra sualların açıq qaldığını bildirib: “Digər sahədə qiymətlərdə nisbi dəyişikliklər baş verdi. O addım əsassız olaraq niyə atılmalı idi ki? Haqlı olaraq belə suallar qaldırılır. Şuranın statusu nədir, onlar iqtisadiyyatın stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi prinsipinə nə dərəcədə əməl edirlər? Sübut olundu ki, Tarif Şurası Ai 92 və Aİ 95 qiymətinə yanaşmada çox səhv metodoloji yanaşmadan istifadə edib. Hesab edirəm ki, bu hadisədən sonra qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin siyahısına yenidən baxılmasına ehtiyac var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm