Nida.az
“Forbes”: “Putin qələbə çalarsa...” – Bakı üçün şok PROQNOZ
“Putin nəticə etibarilə qələbə çalarsa, o, Şərqi Avropa, Baltikyanı ölkələr və Bakını tutacaq”.
Publika.az xəbər verir ki, bu barədə “Forbes”
nəşrində yayımlanan “Obama və Merkel Putini başa düşmür” adlı
məqalədə bildirilir.
Məqalədə Qərbin Rusiya ilə xoş dildə danışdığı və bunun acı
nəticələrinin olacağı deyilir: “Ukraynada Rusiyanı əzmək lazımdır.
Əks təqdirdə, Putin eyni ssenarini davam etdirəcək və Şərqi
Avropadan başlamış Bakı neftinə qədər, eləcə də Orta Asiyaya qədər
öz kölgəsini genişləndirəcək. Hazırda yeni şans yaranıb. Rusiya
Donbasda sıxışıb qaldığı bir vaxtda Qərb azad olmağa can atan Orta
Asiyaya diqqətini artırmalıdır. Daha geniş dünyaya qoşulmaq üçün
boru kəmərləri inşa olunması və Rusiyanın sərhədlərindən kənarda
güclü ölkələrin formalaşdırılması lazımdır. Artıq Azərbaycanda bu
layihə var və Gürcüstan vasitəsilə keçir. Bunu Orta Asiyaya qədər
uzatmaq lazımdır. Ermənistana gəlincə, bu ölkə dilənir və Moskvadan
asılıdır. Lakin eyni proseslərə onu da qoşmaq olar. Əks təqdirdə,
Putin ciddi problemlər yaradacaq”.
“Forbes” Rusiyada vətəndaş cəmiyyətinin dəstəyinin də vacibliyinə
toxunub.
“Ruslara hakimiyyətlərinin avantürasını başa salmaq lazımdır. Onlar
bu hakimiyyətə tabe olduqları təqdirdə, yaxşı gələcəyə sahib
olmayacaqlarını bilməlidir. Hazırda ruslar üçün Putin qürur
mənbəyidir. Biz qərar vermək gücündəyiksə, o zaman dünya Ukraynadan
başlayaraq dəyişməyə doğru gedir”, - deyə nəşr bildirib.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO