Nida.az
Bakıdan Lixtenşteyn Knyazlığına məktub göndərilib
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Knyazlığın parlamentinin sədri Albert Frik ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir onun tərəfindən lixtenşteynli həmkarına ünvanlanmış rəsmi səfərə dair dəvət məktubunu A.Frikə təqdim edib. Ə.Zeynallı Azərbaycanın Lixtenşteynlə əlaqələrə əhəmiyyət verdiyini qeyd edərək, Lixtenşteyn parlamenti sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
Lixtenşteyn Knyazlığının da Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran A.Frik dəvətə görə təşəkkür edib və dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.
Görüş zamanı Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, o cümlədən regionda baş verən son proseslərə dair ətraflı fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq