Nida.az
BAXCP İdarə Heyətindən tarixi çağırış
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Partiyadan Publika.az-a verilən məlumata görə, BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi çərçivəsində Danimarkanın paytaxtında həyata keçirilən son terror aksiyalarına da münasibət bildirib. Qeyd olunub ki, İslam peyğəmbərinin karikaturasını çəkən və yayımlayan, bununla da yüz milyonlarla insanın heysiyyatına toxunan şəxslərin hərəkətləri nə qədər lənətlənməlidirsə, terror aksiyalarını həyata keçirənlərin əməlləri bundan daha çox lənətlənməlidir.
BAXCP İdarə Heyətinin iclasında qeyd olunub ki, İslamın müqəddəs dəyərlərinin, müqəddəs Qurani-Kərimin ayələrini terroru öz cinayətkar əməllərinin gerçəkləşdirilməsi üçün vasitə seçən bəzi dini-ekstremist qruplar tərəfindən yanlış təfsir olunması, siyasi motivli ekstremist dini ideologiyaların təbliği ilk növbədə İslam dininə tapınan xalqları təhlükə qarşısında qoyur, sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə yol açır.
BAXCP İdarə Heyəti hesab edir ki, bu kimi halların aradan qaldırılması üçün İslam dininin təşəkkül tapdığı bütün ölkələrin aparıcı məzhəblərini təmsil edən ilahiyyatçı alimlərin iştirakı ilə müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərində daimi fəaliyyət göstərən ali dini qurum yaradılmalı, dini maarifçilik işi gücləndirilməli, radikal ekstremist qrupların İslam dininin yüksək mənəvi dəyərlərindən sui-istifadə etmələrinə yol verilməməlidir.
BAXCP İdarə Heyəti Azərbaycan hökumətini İslam Konfransı Təşkilatının zirvə toplantısı çərçivəsində belə bir təşəbbüslə çıxış etməyə çığırıb: “Nüfuzlu İslam alimləri tərəfindən müqəddəs kitabımız olan Qurani-Kərimin ayələrinin düzgün təfsir olunması və təbliği radikal ekstremist qrupların bu sahədəki məqsədyönlü fəaliyyətlərini məhdudlaşdıra, İslam xalqları və dövlətləri arasında mənəvi bağları möhkəmləndirə, İslamın gerçək mahiyyətindən doğan həmrəylik və humanizm prinsiplərinin təşəkkül tapmasına yol aça bilər”.
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI