Nida.az
“Sürprizlərə hazır olmalıyıq” - Qarabağda müharibə ehtimalı varmı?
Son günlər Dağlıq Qarabağ münaqişəsi haqda yeni ehtimallar, proqnozlar səsləndirilir. Xüsusilə Ukrayna münaqişəsinin çözülməsi üçün işə başlayan “Normand dördülüyü” formatının Qarabağa da tətbiq olunması haqda fikir var.
Bu proseslər fonunda Qərb mediasının ortaya atdığı iddia ilgincdir. Belə ki, ABŞ-ın “Newsweek” nəşri yayda Qarabağda müharibə başlaya biləcəyini iddia edib. Jurnal bu fikri son günlər təmas xəttində yaşanan gərginliklə əsaslandırıb.
Jurnalın iddiası Ermənistanın düşdüyü vəziyyət kontekstində inandırıcı gəlir. Çünki faktiki olaraq rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul olan Rusiya və Qərblə münasibətlərini xeyli inkişaf etdirib. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün önəmi də Bakının mövqelərini gücləndirir.
Bununla yanaşı, Prezident İlham Əliyev Avropaya səfərləri, Türkiyə-Rusiya yaxınlaşması, Qərbin münaqişəyə Ukrayna kontekstində yanaşmaq niyyətlərinin görünməsi, rəsmi Bakının torpaqların azad olunmasında prinsipiallığı İrəvanı çətin duruma salıb. Hesab etmək olar ki, Ermənistan sonuncu həmləyə əl atacaq. Bu, təmas xəttində gərginliyin artırılması, diversiya-təxribat qruplarının hərəkətə keçməsi və ən azı “lokal müharibənin” baş verməsidir. Bunu Ermənistanın daxili vəziyyəti də deməyə əsas verir.
Bu arada rusiyalı politoloq Andrey Petrovun “may ayında Ermənistan
genişmiqyaslı təxribatlar törədəcək” açıqlaması diqqət çəkir.
“Qarşıdakı üç ayda cəbhədə gərginlik tədricən artacaq. Bu, iyun ayında Azərbaycanın I Avropa Yay Oyunlarını keçirməsi ilə bağlıdır və İrəvan həmin ərəfədə fəallaşmağa cəhdlər edəcək. Digər tərəfdən, “erməni soyqırımı”nın 100 illiyi və I Avropa Yay Oyunları təxribatlar üçün əlverişli məqamdır”, - deyə rusiyalı ekspert qeyd edib.
Baş verənlər və irəli sürülən iddialar avtomatik olaraq sual
yaradır: “Qarabağda müharibə ehtimalı varmı?”
Sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin
eksperti Arzu Nağıyev Publika.az-a açıqlamasında
hər cür sürprizlərə hazır olmağı məsləhət görür.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkel ilə görüşdə, o cümlədən, öz çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyini tənqid etməsindən sonra həmsədrlərin təmsil etdiyi dövlətlərin rəsmiləri müxtəlif bəyanatlarla çıxışlar etməyi intensivləşdirib: “Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hərbi yol istisna edilmir. Ukrayna münaqişəsinin həllinə bu qədər canfəşanlıqla yanaşan Qərb Dağlıq Qarabağ məsələsində həddən artıq passivlik nümayiş etdirir. 20 illik bir laqeydsizliyə dözüm nümayiş etdirən Azərbaycan bu gün iqtisadi, texniki və hərbi potensialı hesabına münaqişəni müharibə yolu ilə həll etmək iqtidarındadır. Yəni ATƏT nümayəndələri edilən növbəti səfərlə də əvvəlkilər kimi qərarsızlığa düçar olsa, münaqişənin dərinləşməsi qaçılmazdır. Bir sözlə, Avropa birliyi tərəfindən erməni təcavüzkarlarının qətiyyətlə ram edilməsi vacibdir”.
A. Nağıyev ermənilərin regionun qeyri-stabil olmasını və
Azərbaycanın belə bir şəraitdə ilk Avropa Oyunlarını keçirməsinin
mümkünsüzlüyünü göstərməkdə maraqlı olduğunu deyib.
“Rusiya, Ermənistan və digər ölkələri təmsil edən bir sıra qruplar
bu istiqamətdə bəyanatlar verir, Rusiya tərəfindən guya 7 rayonun
qaytarılacağını, Gürcüstanın NATO-ya daxil olacağı təqdirdə hərbi
əməliyyatların başlanacağı qeyd edirlər. ABŞ və Qərb öz növbəsində
iqtisadi layihələrlə bağlı regionun stabilliyində maraqlıdırlar və
Viktoriya Nulland səviyyəsində bunu bəyan edirlər”, - deyə o
bildirib.
Sabiq təhlükəsizlik zabiti hesab edir ki, Dağlıq Qarabağda lokal
müharibə ehtimalı yoxdur: “Lakin atəşkəsə də riayət edilmir. İlk
növbədə bu ermənilərin və onların “müharibə partiyası” kimi tanınan
havadarlarının işidir. Yekun olaraq deyə bilərəm ki, bu gün
Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz regionu iqtisadi, siyasi və
hərbi-strateji baxımdan böyük maraqların toqquşduğu ən “qaynar”
əraziyə çevrilib. Buna görə də hər cür sürprizə hazır olmaq
lazımdır”.
Asif Nərimanlı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?