Nida.az
Siyavuş Novruzovdan sərt cavab: “Milli Şura özünə qəbir düzəltsin”
“Milli Şura satqınları öz içində axtarmalıdır. Ayrı-ayrı ölkələrdə namizəd axtaran, başqa ölkələrin pulu ilə siyasi kampaniya aparan, müxtəlif dövlətlərin ərazisində erməni otellərində görüşlər keçirənlər də onlardır. Bunu hər kəs bilir”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş
Novruzov Milli Şuranın iqtidar-müxalifət dialoqunda iştirak edən
siyasi partiyaları ittiham etməsinə münasibət bildirərkən
deyib.
S. Novruzov Milli Şuranın maliyyə qaynaqlarını da açıqlayıb. Onun
sözlərinə görə, bu qurumda təmsil olunanlar erməni lobbisindən və
digər qaranlıq mənbələrdən maliyyələşən insanlardır: “Həmçinin
varlı insanlardan pul alıb tapşırıq yerinə yetirirlər. Xain, vətənə
xəyanət edən, milləti satan bunlardır. Amma bu gün başqalarını
ittiham edirlər. Siyasi partiya rəhbərləri dialoqda iştirak etməklə
öz fikirlərini açıq şəkildə ifadə etdilər. Bu proses davam edəcək.
Bu siyasi partiyaların Milli Şuranın özünü belə o dialoqda görmək
istədikləri sual altındadır. Söhbət iqtidar, yaxud müxalifətdən
yox, siyasi partiyalardan gedir”.
YAP rəsmisi qeydiyyatdan keçməyən bir qurumun dövlət qeydiyyatı
olan siyasi partiyanın keçirdiyi görüşə qiymət verməyə haqqının
olmadığını bildirib.
“Milli Şura boşalıb, cəmi bir partiyadan ibarətdir. Qurumun özü
havadan asılan, dövlət qeydiyyatı olmayan qondarma təşkilatdır.
Onların dövlət qeydiyyatı olan partiyalar haqda nəsə demək hüququ
yoxdur. Ölmüş təşkilatdır. Getsinlər özlərinə qəbir düzəltsinlər”,
- deyə S. Novruzov bildirib.
Asif Nərimanlı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?